Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Tərcümə Mərkəzində olub

25.05.16

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Halem Alqubaisi Tərcümə Mərkəzində olub. Mərkəzin direktoru xanım Afaq Məsud qonağı salamlayaraq, qurumun fəaliyyətindən, dünya ölkələri ədəbiyyatları mübadiləsi istiqamətində həyata keçirilən layihələrdən danışıb:

“Son iki ildə Mərkəz ədəbiyyatlararası mübadilələr istiqamətində müxtəlif formatlı layihələr həyata keçirir. Bununla bağlı aidiyyatlı dünya qurumları ilə əməkdaşlıq edir, Azərbaycanda fəaliyyət göstərən səfirliklərlə görüşür, dil, ədəbiyyat, tərcümə sahəsində müxtəlif formatlı layihələr həyata keçiririk. Bu layihələr qismində, milli ədəbiyyatımızın dünyada tanıdılması məqsədi ilə tərtib edilmiş “Müasir Azərbaycan antologiyası” kitabını artıq bir neçə dilə tərcümə və nəşr etmişik və bir neçə ölkədə təqdimatını keçirməyə hazırlaşırıq. Bu kitaba Azərbaycan ədəbiyyatının ən tanınmış, ən istedadlı ədiblərinin əsərləri toplanıb. Kitabın ərəb dili versiyası artıq Misirdə nəşr mərhələsindədir. Hazırda bu kitabın digər ərəb ölkələrinə də yayılmasına səy göstəririk. Azərbaycan multikultural ölkə olaraq, bütün dünya ölkələri və xalqları ilə hər sahədə olduğu kimi, ədəbiyyatlararası mübadilələrə də açıqdır. Birləşmiş Ərəb Əmirlikləri dünyada ən iri beynəlxalq kitab sərgilərinin təşkil olunduğu, kitaba, mütaliəyə böyük marağın yaşandığı qabaqcıl ölkələrdən biridir. Azərbaycan ədəbiyyatının belə bir ölkədə tanıdılması, həmçinin dil, ədəbiyyat, tərcümə sahəsində qura biləcəyimiz təcrübə mübadilələrinin, hər iki ölkənin mənəvi və maarifçi durumuna öz töhfəsini verəcəyinə, xalqlarımız arasında qarşılıqlı anlaşmanı, dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcəyinə ümid edirəm”.

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Halem Alqubaisi öz növbəsində, belə bir görüşə şərait yaratdığı üçün Mərkəzin direktoru Afaq Məsuda dərin təşəkkürünü bildirdi:

– Sizin Mərkəzin fəaliyyəti haqqında məlumatlıyam, çox müsbət fikirlər var. Biz böyük məmnuniyyətlə Mərkəzlə əməkdaşlığa hazırıq. Ədəbiyyatlararası mübadilələr hər bir xalqın mənəvi dirçəlişinə, maarifçi durumuna böyük təsir göstərir. Vacib deyil bu, hansı ölkənin ədəbiyyatıdır. Əsas olan odur ki, bu ədəbiyyat xoş, müsbət təsirlərin daşıyıcısıdır, cəmiyyətə öz xeyirxah töhfəsini verəcək. Bizim ölkədə kitaba, mütaliəyə böyük diqqət ayrılır. Hətta iş yerlərində ədəbi mütaliəyə bir saat əlavə vaxt ayrılır. Ədəbiyyatın cəmiyyətin formalaşmasında rolu böyükdür. Bu mənada, Mərkəzin gördüyü işlər təqdirəlayiqdir. Çox istərdik Mərkəz Birləşmiş Ərəb Əmirliklərinin müxtəlif şəhərlərində  keçirilən beynəlxalq kitab sərgilərində iştirak etsin. Azərbaycan ədəbiyyatının bizim ölkə oxucusuna çatdırılması istiqamətində irəli sürdüyünüz bütün təkliflərinizi məmnuniyyətlə qəbul edirik və onların tez bir zamanda həyata keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Görüşün sonunda qonağa Mərkəzin ərəb dilində kataloq və bukletləri və nəşrləri təqdim olundu. 

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.