Ən yaxşı roman mükafatı Koreyaya getdi
17.05.16
İnsan qəddarlığına etiraz olaraq ət yeməkdən imtina edən qadın haqda "Vegetarian" romanı 2016-cı ilin "Man Booker" Beynəlxalq Kitab Mükafatını qazandı.
50 min funt sterlinqlik (73 min ABŞ dolları) mükafatı romanın müəllifi koreyalı Han Kang qaydaya görə, kitabı ingilis dilinə çevirmiş britaniyalı tərcüməçi Deborah Smith ilə bölüşür.
Londonda təqdim olunan mükafatın münsiflərdən biri Boyd Tonkin deyib ki, Cənubi Koreyada doğulmuş müəllif Han Kang'ın romanı "unudulmaz və orijinal" idi.
Bu il mükafatın uzun siyahısında 12, qısa siyahısında Orhan Pamuk, Elena Ferrante, Angolan Wordsmith Jose Eduardo Agualusa, Yan Lianke, Robert Seethaler kimi tanınmış müəlliflərin son romanları vardı.
Bədii tərcümə üzrə də ən böyük mükafat sayılan Man Booker-i qazanan "Vegetarian" romanının tərcüməçisi Deborah Smith isə deyib ki, Koreya dilini 21 yaşında öyrənməyə başlayıb, məhz bu dili ona görə seçib ki, ingilis-koreya dili tərcüməçisi qıtlığı varmış. "O zamana qədər Koreya mədəniyyəti və adamlarıyla heç bir kontaktım olmamışdı".
"Vegetarian" romanı Cənubi Koreyada bir universitetdə yazıçılıqdan (Creative Writing) dərs deyən Han Kang'ın ingilis dilinə tərcümə edilən ilk romanıdır. O, bundan əvvəl daha bir roman (Human Acts) yazıb. Xanım Kang nüfuzlu mükafatı alan ilk koreyalıdır. /oxuzali.az/
|