Həmid Piriyevin ilk nəsr kitabı çıxıb
13.05.16
Gənc yazıçı Həmid Piriyevin ilk kitabı çap olunub. Kitabda bir miniatür roman ("Şanapipik haqqında mahnı") və üç hekayə var: "Bağışlayın, Rənanı tanımırsınız?", "Qurbağalı gölün sahilləri" və "Qarışqa tapdalamayan". Kitab "Alatoran Yayınları"nda nəşr olunub.
Həmid Piriyev kitabına son zamanların ənənəsilə təqdimat keçirmək istəmir. O, OxuZalı ilə söhbətində deyir ki, təqdimat mərasimlərindən xoşu gəlmir:
"Birincisi, orada sünilik çox olur. Kim gəldi hamısı ucdantutma tərifləyir müəllifi, tanıdı-tanımadı. Məncə, kitabımı oxumaq istəyənlər üçün yalandan təriflənməyim elə də önəmli deyil. İkincisi, kiməsə məcburən kitab satmaq istəmirəm. Təqdimat eləsəm, gərək adam çağırım və çağırdıqlarım da məcburən kitab almalıdırlar. Belə isə kim istəsə, gedib alsın, oxusun." /oxuzali.az/
|