Gülnar Səmanın “Gül” şeirlər kitabının təqdimatı keçirilib
04.05.16
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gənc şair Gülnar Səmanın “aybKitab” layihəsi çərçivəsində çap olunan “Gül” şeirlər kitabının təqdimatı keçirilib. Tədbirin aparıcısı DGTYB-nin Məsləhət Şurasının sədri şair Əkbər Qoşalı idi. O, “Gül” sözünü istər isim, istərsə də fel kimi anlaya biləcəyimizi dedi. İlk söz kitabın ön sözünü yazan, Gülnar Səmanın elmi rəhbəri, AMEA-nın Ədəbi tənqid şöbəsinin müdiri tənqidçi Vaqif Yusifliyə verildi. Vaqif Yusifli Gülnarın həm elmi, həm də bədii yaradıcılığından söz açdı.
AYB Mətbuat Xidmətinin və “aybKitab” layihəsinin rəhbəri Xəyal Rza layihənin gənc yazarlar və oxucular üçün mühüm bir proyekt olduğunu bildirdi. Tədbirdə Gülnarın hazırda doktorantı olduğu AMEA-nın əməkdaşları və doktorantları da iştirak edirdi. Onlardan Gülnarın magistr elmi rəhbəri olmuş Zəkulla Bayramlı da xeyir-duasını verdi. Bunlardan əlavə “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, şairlər Oqtay Rza, Fərqanə Mehdiyeva, Ayaz Arabaçı, kitabın rəssamı Nəvai Metin və.s ürək sözlərini müəllifə ünvanladılar.
Gənc yazarlardan Şəhla Aslan, Ramil Mərzili, Afət Viləşsoy, Rübabə Sahib və.s öz həmkarlarına uğurlar dilədilər. Tədbirdə Gülnarın qələm dostları, bələdiyyə yoldaşları və.s iştirak edirdi. Sonda müəllif kitabın ərsəyə gəlməsində və tədbirin uğurlu keçməsində əməyi olan hər bir kəsə minnətdarlığını bildirdi.
|