Qismət - Kim necə… yazmayıb
29.04.16

Məşhur ifadədir: “Yazmaya bilirsinizsə, yazmayın.” İndiki çağda – smartfonlar, planşetlər, sosial şəbəkələr, virtual reallıqlar erasında yazmaq gündəlik mexaniki vərdişə çevrilib və demək olar ki, hamı nəsə yazır. Ən sadəsindən, az qala hər gün kiməsə sms yazırıq, adres sətrinə hansısa saytın ünvanını yazırıq, bloq yazırıq, sosial şəbəkələrdə status-tvit yazırıq, yazılanlara şərh yazırıq. Bu, peşakar ədəbi iş, yazanlar hamısı sənətçi olmasa da, indiki çağın insanı heç bir epoxada olmadığı qədər çox yazır; bu çağda “yazmaya bilirsinizsə, yazmayın” sözü ögey səslənir. Çünki virtual dünyada yazılanlara ötəri nəzər salmaq kifayətdir ki, hər cümlənin arxasında təxminən belə bir əda görəsən: “yazmaya bilmədim”, yaxud “…yazmağı özümə borc bildim.” Bu refleksin məntiqi aydındır – artıq növbə gözləmək yoxdu, redaktorun, senzorun kefinə, insafına qalmaq yoxdur, hər şey bir kliklik məsafədədir. Bu böyük Əlyazmalar Karnavalından, Qaralamalar Yarmarkasından baş çıxarmaq qəliz məsələdir.

Tanış olun – Matas!


Enrike Vila-Matas 1948-ci ildə Barselonada doğulub, hüquq və jurnalistika təhsili alıb. 1968-ci ildə “Fotogramas” jurnalında redaktor kimi işləmə başlayır və kino mühiti ilə tanışlıqdan sonra 1970-ci ildə iki qısametrajlı film çəkir. 1971-ci ildə hərbi xidmətə çağrılır və Matas ordakı hərbi silah-surat anbarının arxasında kiçik otaqda ilk romanını yazmağa başlayır. Hərbi xidmətdən qayıtdan sonra müxtəlif kino-jurnallarda analitik yazılar yazır. Matas sonrakı illərdə, daha dəqiqi, 1974-76-cı illər arasında “Heminqueyin kölgəsinin izi ilə” yollandığı Parisdə yaşayır. Orada Enrike məşhur yazıçı Marqaret Dürasın himayəsinə keçir. Xanım Düras onun gələcəkdə usta yazıçını olacağını sezir və az qala güclə onu yazmağa məcbur edir. İndi Vila-Matas ən orijinal, hətta ekssentrik ispan yazıçılarından biridir. Onun geniş ədəbi mükafatlar kolleksiyasında “ispandillilərin Nobeli” adlandırılan Romulo Qalyeqos adına mükafat, Milli tənqid mükafatı, Fransanın nüfuzlu “Mediçi” mükafatı var.

“Bartlbi və çevrəsi” romanı

Enrike Vila Matasın “Bartlbi və çevrəsi” romanı çap olunan kimi (2000) ilin ədəbi hadisələrindən oldu. Roman, yazmaqdan ən müxtəlif səbəblərə görə imtina etmiş yazıçılardan bəhs edir. Əsərin qəhrəmanı bir az Frans Kafkadan, bir az da Fernando Pessoadan təsirlənərək yaradılmış Marselo adlı ofis işçisidir. Marselo, Herman Melvilin məşhur əsəri “Mirzə Bartlbi”də, yazmaqdan, yaxud yazdıqlarını çap etdirməkdən qaçan, yəni bir növ “yox” deməyin, rədd etməyin gücünü kəşf etmiş “Bartlbi sindromu”na mübtəla yazıçıları araşdırmaq qərarına gəlir. 1999-cu ildən başlayaraq Marselo “görünməz bir mətnə şərhlər” yazmağa, “səssizliyə qərar verən” yazıçılar haqqında bir gündəlik tutmağa başlayır.

Matasın romanı Marselonun yazıya köçürdüyü esse-gündəlik formasında qələmə alınmış 86 qeyddən ibarətdir. Bu qeydlərdə Sokratdan Xuan Rulfoya, Selincerdən Tomas Pinçona qədər yazmamaq qərarına gəlmiş bir çox sənətkarlardan bəhs olunur. Romanda reallıqla irrealıq iç-içə keçir, bir-birinin sərhədini pozur. Matasın bu romanı təkcə qəribə mövzusu ilə maraqlı deyil, əsər eyni zamanda ənənəvi ədəbiyyat kateqoriyasından fərqli, yeni estetik hədəflərin axtarışı kimi də cəlbedicidir. Matas ənənəvi xətti təhkiyə formasından qaçır və oxucunu qəribə bir oyuna cəlb edir: bu oyunun içində əslində bir neçə mətn birdən oxunmuş olur; əsər bir tərəfilə roman, başqa tərəfilə esse-gündəlik, bir ayrı tərəfiyləsə araşdırmadır. Bu eklektika, estetik kokteyl oxucuya bir neçə dadı eyni anda dequstasiya etmək imkan yaradır və bu qarışdırma işi çox şəffaf, görünməz bağlarla elə qurulur ki, oxucunun ürəyini vurmur.

Jak Barzun və Henry Graffın  “Modern araşdırmaçı” kitabında gənc tədqiqatçılara çoxsaylı praktiki məsləhətlər təklif olunur və bu məsləhətlərdən ikisi, fikrimcə, diqqətəlayiqdir: birincisi, xırda vərəqlərdə kiçik qeydlər aparın, ikincisi isə, mövzunun keçmişini öyrənin. Bu mənada Matasın orjinal bir üsula ət atıb, həm özü müəllif kimi yazmaq istədiyi mövzunun araşdırmaçısı kimi qarşımıza çıxır, həm də bu araşdırma prosesinin özünü romana mövzu edir. Matas allüziyalar vasitəsilə “rədd ədəbiyyatı”nın nümayədələrindən ibarət, mərkəzi olmayan bir labirint yaradır. Bu labirintin içində hər kəsin öz alibisi var və bu paradoksal alibilər mərkəzsiz labirintin ölçüsünü səhifə-səhifə böyüdür. Matasın paradokslarla hörülmüş incə postmodern romanından dequstasiya üçün bir-iki fraqment dadmaq istərdiniz, yəqin:

“- Necə yəni niyə yazmıram?

Xuan Rulfo 1974-cü ildə Karakasda hiddətlə belə deyirdi, – çünki Selerino əmim vəfat edib. Axı bütün maraqlı hekayələri mənə məhz o danışırdı. O, mənimlə söhbətləşməyi sevirdi. Lakin xalis yalançı idi. Ondan eşitdiklərimin hamısı başdan-ayağa uydurmadır, deməli, mənim yazdıqlarım da uydurmadır. Selerino əmim xüsusilə yoxsulluqdan şikayətlənməyi sevirdi, lakin elə də kasıb deyildi…”

…Paranoik Peres heç vaxt kitab yaza bilməmişdi. Çünki o, haçan nəsə düşünüb işə başlamaq istəyəndə, məlum olurdu ki, Saramaqo artıq onun yazacağı romanı yazıb. Axırda Paranoik Peres ağlını itirdi. Onun əhvalatı Bartlbi sindromunun çox maraqlı növüdür.

–  Peres, kitabın necə gedir?

– Onu yazmayacam. Saramaqo yenə ideyamı oğurlayıb…”

Bax belə olur yaza bilənlərin yaza bilməməyi. /sim-sim.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.