Ülvi Babasoy - Həvvanın cənnətdə içdiyi Coca-cola
27.04.16

Kometa əfsanəsi

“Hardan  peyda oldu bu insanlar”, ilahi?! Hər yanı, hər yeri işğal etdilər. Orda hər tərəf canilərlə dolub-daşdı. Bəs kimdir bu cinayətkarlar?

Bax, bunu bilmək üçün qədim  mayyalıların məskəninə baş çəkməliyik.

Yerinizi rahatlayın, xanımlar və cənablar. Yolumuz uzundur. Gedirik Meksikaya. Ordan da cənnətə.

Karlos Fuentesin “Adəm cənnətdə” romanı “meksikomediyadır”. Hadisələrin  bir ucu da gedib dirənir Adəm babamızın qaçıb gəldiyi cənnətə. Fuentes Meksikanı qəflətən ələ keçirən görməmişlərdən yazır.

“Yeni cinayətkar sinfi pislərdən, pozğunlardan və qana susamışlardan yaranır...  Kəndli deyil, fəhlə deyillər, orta təbəqə deyillər. Başqa bir sinfə məxsusdurlar. Cinayətkar sinfinə. Yarıqaranlıq bir stəkan isti pivənin köpüyündən doğan, eynilə dəniz köpüyündən doğulan Venera kimi. Quyruqlu ulduzun uşaqlarıdır onlar...”

“Maserati” və Həvva

Adan (Adəm) Gorozpe Meksikanın bir nömrəli biznesmenidir. Gəncliyində səfil həyat yaşayan Adanın taleyini qadınlar dəyişdirir.

Avara Adan Priscilaya avtomobil sərgilərindən birində rast gəlir.

Ölkənin  zəngin iş adamının qızı ilə tanışlıq Adanı səfil həyatdan xilas edir. Nədənsə Priscila ətrafında ona yalvar-yaxar edən varlı kişiləri deyil, yoxsul Adanı seçir. Bəs bu nəcib, xeyirxah əməlin səbəbi nədir? Onu sevdiyi üçünmü? Yoxsa...

Priscila çılğın və özündənrazıdır. O, məşhur avtomobil şirkətlərinin reklam manekenliyini edir. Onun üçün özlərini oda-közə vuranlar əslində Priscilanı deyil, reklam etdiyi markaları arzulayırlar. Həmin markaların şahzadəsi ilə bircə dəfə foto çəkdirmək nəyə desən dəyər. Qaldı ki, onunla ailə qurasan. Bu, hər kəsin arzusudur.

Fuentes “ulduz”, “marka” xəstəliyinin çarəsiziliyini göstərir: Həyatı markalardan, bahalı maşın və geyimlərdən, restoranlardan ibarət olan şəhvət vampirlərini. Və o vampirlərin həyatı rahat, doyunca yaşaya bilməməmələrini. Təkrarlanan narahat hallarını. Dəbdəbənin əlacsız bir xəstəliyə çevrilməsini. Təzadlı sosial təbəqələşməni.

Burdan da qapı açılır oğruların həyatına. Başqalarının həyatını pisləşdirib öz həyatlarını yaxşılaşdıranların. Pardokslar bitmir. Fərdi əxlaq məsələləri də bədii tədqiqatın obyektivinə tuş gəlir: Priscila hər gecə yeni bir gənclə birlikdə olur. Vaxtı, vədəsi yetişəndə isə evlənir. Fağır bir adamla evlənmək keçmişi unutdurur. Onsuz da nə istəsə sərbəst edə biləcək.

“Adəm cənnətdə” intellektual nəsr nümunəsidir. Meksika haqda  məlumat romandır. Başqa heç bir yerdə tapa və görə bilməyəcəyimiz məlumatlar. Məsələn, yeni dövrün Həvvası olan Priscilanın içdiyi Coca-cola barədə informasiya. Sən demə, Coca-colanın tarixi cənnət erasına qədər uzanırmış. Həvva nənəmizin “yaxşılıq və pislik” meyvəsini babamız Adəmlə birgə yediyi zamanlara.

O vaxtlar insan nə pisliklə, nə də ki, yaxşlıqla tanışıymış. Sabit bir həyatı varıymış. Gül kimi yaşayırmış. Gələcək nəsillərin başağrısı olacaq pisliksiz və yaxşılıqsız. Bir gün Adəmlə Həvva yaxşlıqla yanaşı, pisliyi də daddı və hər şey dəyişdi. Priscila da “Coca-cola”nı pislik meyvəsinin yerinə içir. Romanda “Coca-cola” mənfəət meyvəsinin simvoludur.

Hə, Priscilanın kola içməyində qalmışdıq. Axı kola da markadır. “Priscila “Maserati”, Priscila “BMW”, dönüb olur “Priscial “Coca cola”. Vəziyyət elə gətirir ki, kola həyatda qala bilmək üçün zəruri qida olur. Deməli, Priscila bir kolatək içilə biləcək bacarıqlara da sahibdir. Bir də L. var. Adan Gorozpenin aşnası.

L. məchul bir varlıqdır. Kafkanın K.-sı, Yusuf Atılganın C.-si kimi. Adan bütün dərdlərini L.-nin yanında unudur. Ölkənin ziyasız elitasının məclislərindən, yorucu iş həyatından, vecsiz və deyingən Prsicilanın yanından L.-yə sarı qaçır. Düşünür ki, L. təkcə onu sevir, onunla bərabər olur. Ancaq bir gün öyrənəndə ki...

Həssaslıq və ədəbiyyat alveri

Fuentes Meksika incəsənətini də “həcv edir”. Bayağı seriallar, dəyərli bədii əsərlər əsasında çəkilən dəyərsiz kinolar ürək bulandırır. Ədəbiyyat isə məmurların əlindədir.

Meksika ədəbiyyatı onlarla, yüzlərlə "postmodernistin" qələmində can verir. Fuentes bu "postmodernistlərə" ironiya ilə yanaşır. Təkcə struktur, texniki yenilik axtaran yazıçıları ələ salır. Romanın bəzi hissələrini postmodernistcə yazır. Daha sonra forma oyunbazlığına toxunur, təkcə bununla böyük sənətin yaradılmasının mümkünsüzlüyünü göstərir.

Meksika ədəbiyyatını şəxsi arzularının köləsinə çevirən “qocaman”, “məmur” yazıçıların həyatına da xüsusi yer ayırır. Maksimano Sol bunun bariz nümunəsidir. O, bir çox gənc yazıçıları başına yığır. Onları bir əşyatək istifadə edir. Bircə dəfə istifadə edilən əşya kmi. Sonra yeni gənclər axtarır, tapır və istifadə müddətləri bitəndən sonra başından rədd edir. Sol, özü haqda xoş sözlər, resenziyalar yazdırır. Vay o günə ki, kimsə onun barəsində tənqidi bir məqama toxuna. O zaman Maksimano hirsli öküzə dönür. Həmin şəxsi gözdən salmaq üçün bütün imkanlarını  səfərbər edir. Maksimano Sol çox dərin, çox incə həssaslıqla ədəbiyyatın çiçəklənməsinə xidmət edir.

Pul=Tanrı

“Cənnət iki Adəmə, Meksika iki Adana dar gəlir”. Biznesmen Adan Gorozpe və Daxili İşlər Naziri Adan Gongora. Bu iki insan arasında var-dövlət davası gedir.  Ancaq bu iki Adəmin ən böyük düşmənliyi Həvva üstündədir. Gongora Gorozpenin arvadı Priscilaya aşiq olur. Habil və Qabilin davası yenidən başlayır... Nəhayətdə Adan Gongora cinayətkar qrup tərəfindən asılır. Yəni, öz qazdığı quyuya düşür. Yetişdirdiyi canilər onun qatili olur.

Fuentes pulun və inzibati gücün tanrılaşdığı məkanı təsvir edir. Artıq pul tanrını əvəz edir. Cənnətdə arzu  və əməlləri sabit qalan, yaxşıya və pisə meyil etməyən Adəmi bir də xatırlayaq.

“Tanrı  Adəmə: Bağçada istədiyin ağacın meyvəsini yeyə bilərsən, buyurdu, amma yaxşılıq və pisliyi bilmə (tanımaq) ağacından yemə...”

"Adəm cənnətdə” romanında bu ayətlə bağlı heç nə danışılmır. Əslində isə hər şey bu haqdadır. İncilin ayəti “Adəm cənnətdə” romanın məna mərkəzində dayanır.  Bütün neqativ hallar pislik etmək istəyindən yarandı. İnsan pisliyi tanıdı və dünya bu hala gəldi...           

Yaxşılıq da var axı. Onda yaxşlığı arzulayaq, gözəl düşünək ki, yaşamaqdan zövq ala bilək. Eynilə cənnətdə olduğu kimi! Bir zamanlar yaxşlıq və gözəllik insan cildinə girib səmadan yerə endi. Çox keçmədi ki, insanlar yaxşlığa tab gətirə bilmədilər. Onu çarmıxa çəkdilər. Onu başa düşmədilər. O da dünyadan əlini-ətəyini çəkdi. Yenə də işartısı qaldı.

Gərək bu öləziyən yaxşlıq və gözəllik işığını sönməyə qoymayaq. Yoxsa halımız yaman olar! /oxuzali.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.