Don Kixot sətir-sətir Twitterə köçürüldü
26.04.16
Məşhur yazıçı Servantesin ölümünün 400-cü ildönümü fərqli şəkildə qeyd edilib. İspan kompüter mühəndisi yazarın ən tanınmış əsəri “Don Kixot”u Twitterə köçürüb. CNN Türk xəbər verir ki, Twitterdə hər paylaşım maksimum 140 işarə olduğundan, mühənis əsəri köçürmək üçün 17 min tvit yazmalı olub.
İlk baxışdan mümkünsüz görünən bu ideyanı 55 yaşlı təqaüdçü kompüter mühəndisi Dieqo Buendia 2014-cü ildən həyata keçirməyə başlayıb. 2 il ərzində vaxtının çoxunu buna hərs edən mühəndis hesablamalarını elə edib ki, əsərin son 140 işarəsi məhz yazıçının 400-cü ölüm gününə təsadüf etsin.
İspaniyanın baş nazirinin də izlədiyi Don Kixot twitter hesabının 10 mindən artıq izləyicisi var və səhifəyə maraq günü-gündən artır.
/korrespondent.az/
|