Vasif Əlihüseyn - Kənd qadının ərindən umduğu
18.04.16
MƏNİ BAĞIŞLA ANA
Torpağı daha çox sevdim yasdığın olan gündən indi yağan yağışlar keçirmi heç canına?! bu gün bacıma da dəydim, yaxşıdı qardaşım da didərgindi qapıdan sən axı bilmirsən, səndən sonra da atam hamımızı qovdu qapıdan
bir şərif saxladım səndən yadigar sənsiz vaxtlarımda qoxunu alım bacıma övlad tək sarılıram ki sənin olmadığın yoxunu alım
vallah didərginik evdən – eşikdən indi nə səs gəlir, nə də ki səmir ana, üstümüzə düşən adamlar sənin varlığını heç cür istəmir
mən axı bilmirdim belə olacaq yetim uşaqlara hamı qışqırar üç uşaq bu cürnə yetim qalarıq üç uşaq itirər səadətini
mən axı bilmirdim məni bağışla
SÜMSÜK İT TƏK...
yorğun gecədən keçmiş, bu sərsəri, bu axmaq. bilirsən mənlik deyil saç – saqqalı uzatmaq
ev üçün darıxmıram axı, yoxdu bir kəsim sən də evdə deyilsən hər gün evə tələsim
həyətdə paltarlarım şaxta düşsə, qac olur qadınsız kişilər də sümsük it tək, ac olur
sən dediyin təkliyin adına nə deyirlər kişiyə hamı dəli qadına nə deyirlər?!
DÜNYANIN ƏN TƏHLÜKƏLİ MÜHARİBƏSİ
Kənd qadının ərindən umduğu sevgidi üzündəki sillə izləri qadın elə bilir döyülməlidi kişi elə bilir döyməlidi burda qadınlar palaz ayaqlayar kişilər isə qadın...
Atalara qarşı nifrət hissidi qadın bətninə vurulan təpiklər.
Evə sərxoş gələn kişilər sonradan anlayacaq dünyaya şikəst uşaq gətirdiklərini.
Dünyanın ən təhlükəli müharibəsidi böyüklərin uşaq yanındakı davası
onlar sonradan görəcəklər uşaqların bədənindəki qəlpələrin ağrısını onda hər şey gec olacaq.
|