Səlim Babullaoğlu “ARTE” Beynəlxalq Ədəbiyyat Ödülünə layiq görüldü
18.04.16

Azərbaycan Yazıçılar Birliyi mətbuat xidmətinin verdiyi məlumata görə şair Səlim Babullaoğlu Serbiyanın əcnəbi sənət adamlarına, o cümldən ədəbiyyatçılara verilən  “ARTE” Beynəlxalq Ədəbiyyat Ödülünə layiq görülüb.  “ARTE” Beynəlxalq Ədəbiyyat Ödülü  uzun illər ədəbi yaradıcılıqla məşğul olmuş,eyni zamanda ədəbi qurumlar, müxtəlif ölkələrdəki ədəbiyyatçılar, tərcüməçilər, tənqidçilər arasında əlaqələrin yaradılmasında xidmətləri olan insanlara verilir. Bu il dördüncü dəfə veriləcək mükafatı indiyə qədər Xorvatiya, Sloveniya və Rumıniyadan olan tanınmış şairlər, ədəbiyyatçılar alıblar.

Şair Səlim Babulaoğlu bizə  açıqlamasında məlumatı təsdiqləyib. O deyib ki, bu xəbəri ona “ARTE” Beynəlxalq Ədəbiyyat Ödülünü komissiyasının koordinatoru-  serb rejissoru, dramaturqu Miodrag Yakşiç yazdığı məktubda bildirib. Babullaoğlu ilə eksklüziv müsahibəni diqqətinizə çatdırırıq.

-Mükafat almanız münasibəti ilə Sizi təbrik edirik.

-Təşəkkür edirəm, çox sağ olun.

-Mükafatın mövcudluğu barədə əvvəlcədən məlumatınız vardımı və sizə mükafatı hansı əsaslandırma, formulə ilə veriblər?


- Çox az şey bilirdim. Yəni, bilirdim ki, belə bir mükafat var və serblər bunu əcnəbi ədəbiyyatçılara verir.“ARTE” Beynəlxalq Ədəbiyyat Ödülünü almış xanım Svikart ilə Belqradda görüşümşdüm, Sloveniya şairəsidir, o demişdi. Yalnız bunu. Qaldı mükafatı mənə niyə və hansı əsaslandırma ilə vermək məsələsinə, mənim şeirlərim dəfələrlə Belgrad mətbuatında, nüfuzlu ədəbi nəşrlərdə “Knjzevne Novine”də, “Sveske”də, təəssüf ki, adlarını unutduğum toplularda, saytlarda dəfələrlə çap olunub. Üstəgəl, mən müasir serb ədəbiyyatından həm tərcümələr eləmişəm, eyni zamanda Azərbaycan-Serbiya ədəbi əlaqələri istiqaməində müəyyən işlər görmüşəm. Yəqin bunların hamısı nəzərə alınıb.

-Yən dəqiq informasiya yoxdurmu?

-Yox, niyə var. “ARTE” Beynəlxalq Ədəbiyyat Ödülünü komissiyasının koordinatoru Miodraq Yakşiç mənə məktub yazıb. Həm həmin məktubda, həm də sonradan aramızda olan telefon söhbətində o qeyd elədi ki, bu il mükafatın mənə verilməsi qərara alınıb. Uzun illər bədii yaradıcılıqla məşğul olan və əsərləri serb dilinə tərcümə olunan şair kimi, eyni zamanda ədəbi qurumlar, müxtəlif ölkələrdəki ədəbiyyatçılar və bütövlükdə ədəbi proseslər arasında əlaqələrin yaradılmasında xidmətləri olan insan kimi. Amma qismət olsa mən mükafatı almaq üçün Serbiyaya getsəm, onda yəqin siz dediyiniz kimi ən dəqiq informasiyanı, formulu orda yəqin ki, eşidəcəm, görəcəm. Mənə yazılan məktub rəsmi məktub deyil, ilkin məktubdur. Dəvət və rəsmi məktub mayda olacaq yəqin, prosedur belədir. Bu mükafatı məndən əvvəl sloveniyalı, rumıniyalı və xorvat şairlər alıb.  Telefon söhbətində cənab Jakşiç həm də onu qeyd elədi ki, iyul ayında məni Serbiyaya, Krçedinə dəvət edəcəklər. Orda hər il ll dünyanın müxtəlif yerllərindən şairlər, yazıçılar, bəstəkarlar, rəssamlar, rejissor və aktyorlar, eyni zamanda səfirlər, diplomatlar toplanırlar. Sənət festivalı keçirirlər. Görkəmli serb rəssamı, memarı, belə deyək, Serbiyanın sənət mühitinin metrlərindən olan Zoran Yakşiçin böyük mülkündə təşkil olunur bu tədbir, Krçedində. Dunayın sahilində, dağlarda. Zoran Yakşiçin Miodraqın atasıdır. Mirodraq isə eyni zamanda Krçedində keçirilən festivalın əsas təşkilatçılarından biri, baş redaktorudur. Midoraqın sözlərinə görə mən həm də bu ilki Krçedin toplanıtısında xüsusi qonaq statusu ilə iştirak edəcəm. “ARTE” Beynəlxalq Ədəbiyyat Ödülünün nizamnamsinə əsasən isə mükafatı almış şairlərin serb dilində şeirlər kitabının nəşri də nəzərdə tutulur. Bildiyim qədər bu il Krçedin toplantısında Sloveniya, Xorvatiya, Bolqariya, Polşa, Albaniya, İtaliya, Rumıniya, Macarıstan, Rusiya və Serbiyadan qonaqlar iştirak edəcəklər. /atv.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.