"Xəzər" dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxdı
06.04.16
"Xəzər" dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxdı "Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti (1/2016) sayı nəşr olunub. Jurnalın bu sayında: * "Nobel kürsüsü" rubrikasında – Tomas Mannın “Venesiyada ölüm” hekayəsi və yazıçıdan sitatlar; * “Azərbaycan ədəbiyyatı” rubrikasında Zahid Sarıtorpağın şeirləri; * “Bəşəri poeziya” rubrikasında Geri Snayderin şeirləri; * “Məktublar” rubrikasında məşhurların sevgi məktubları; * “Absurd” rubrikasında Daniil Xarmsın “Yaşıl dəftər” silsiləsindən hekayələri; * “Ədəbi irs” rubrikasında Jentil Markeşin “Portuqaliya əfsanələri”; * “Çağdaş fransız nəsri” rubrikasında Erik-Emmanuel Şmittin “Oskar və Çəhrayı xanım” romanı; * “İlahi keçid” rubrikasında Şəms Təbrizidən “Sufilər üçün qırx qızıl qayda”; * “Roman” rubrikasında Haruki Murakaminin “Küləyin nəğməsini dinlə” əsəri ; * Rus poeziyasından Yevgeni Yevtuşenkonun şeirləri; * Yapon ədəbiyyatından seçmə hekayələr və digər maraqlı yazılar təqdim olunur.
|