Çalğın Məhəmməd - Köynəyinin düymələrini aç işiqlansın ev
31.03.16
Anaqard.net Təbrizli şair Çalğın Məhəmmədin şeirləini təqdim edir .
*** Bu damdaş sənin Başmaqlarını çıxart lütfən Köynəyinin düymələrini aç işiqlansın ev Darıxarsan Pəncərədən dişarı boylan Boylan ofuqlara sarı Boylan günəşə sarı Birçəyini aşırıb sol gözünün üstünə sər İstərsən fotuqırafını çəkdir eyvanda Xəyalınnan keçən quzarələri duvarlara yaz Yaz darıxmalarının rəngindən İstərsən Şair ola bilərsən burda Məsələn Saatlarını günəşə vam ver Məsələn Bu damdaşın həndəvərində çiçək ək Ama getmə Mən ölüm Getmə
*** Mən də evlənəcəydim Mən də evimdə olacaydım Mənim də uşaqlarım olacaydılar Mən də çörək alacaydım evimə Mən də ət alacaydım Yumurta alacaydım Süt alacaydım Mən də sevgilimə hədyələr bəyənmişdim Ətləsdən köynək sevmişdim yaxasında gül Telayı yaylıq Narıncı başmaq Alacaydım Məni yoxsulluq adında oynaşım gözdən salmasaydır
Azərbaycan qadınlarına ithaf olur bu şeir
Gülməyim gəlir Fantezi kişilərə Boyaxanaların iti rənglərini Qızıl bazarının sarı şinliyini Şəhərin qalabalığlığını Düşüncələri anatomularınnan küsən kişilər sürüyüllər xiyabanlarda Kimsəni görmüllər Kölgələrinnən başqa Hər addım götürdükcəvitrinlərin şüşələrində Kölgələrinnən yeriyillər çiyin bə çiyin Nə xiyaban qırağında Saqqızların oğurladan sinələri dirçəlməmiş saqqız satan qızları görüllər Nədə şəhərin üstünə qara gəc çəkən bulutları Kimsə əllərini ovuşdurmayır sankı Xiyabanlarda,darıxmalarınnan danışmayır kimsa Kimsəni maşın vurmur Kimsə ağrımır Kimsə ağlamır Yanı Aşiqdə deyil kimsə Yalnız düşüncələri anatomularınnan küsən kişilər çiçək göndərillər irancel cənablarınnan sevgililərinə Gülməyim gəlir Fantezi kişilərə Xoyabanların suyu boşluğunu Düşüncələri anatomularınnan küsən kişilər sürüyüllər şəhərlərdə Fikirlərin Yanı Düşüncələrin üstünə tapança çəkən ağa polislər Tapançalarını bu kişilərin üstünə çəkmillər Başmaqlarının ağlığını qu quşlarınnan vam götürüllər fantezi kişilər Fantezi kişilərin gözləri dəniz rəngində olmasada Baxışlarını dənizin dalğalarınnan borc alıllar Kölgələrinin üstünə pıçaq çəkillər gün uzananda Kimsəni bəyənmillər fantezi kişilər Özlərinnən başqa Sözlərinnən başqa Yanı Şeirciklərinnən başqa Hal bu kı Bizim xanımlar O qədər ucadılarkı Başları bulutlara söykənər şəsti duranda Dodaqlarını açallarsa Canınnan keçərsən Gözlərinə baxarsan Əlində alma doğrasan barmaqlarını biçərsən Bizim xanımlar Başları bulutlara söykənən xanımlar Gözlərimə baxıllar İşiqlanıram İşiqlanır gözlərimdə yaşam Yeriyirlər zərratlar Xanımlarda hərəkət var Çaylar kimi axıllar Həyata umid pəncərəsinnən baxillar Bizim xanımlar Yatmıllar Gecələri boğullar Xanımlar doğullar Xanımlar,xiyabanlarda meydanlarda Xanımlar ekranlarda Xanımlar şeir yazıllar O qədər gözəldirki Oxuyarsan Toxtarsan
*** Kainatda təkrar yox nə yağış həmən yağışdır, nə bulud həmən bulud nə gündüzlər təkrarlanır nə gecələr, nə sən həmən sənsən, nə mən həmən mən Kainatda təkrar yox… iki kəpənək bir birine oxşamır iki çiçək də əllərin ardımca su səpən əllərin deyil sularda sən səpən suya benzəmir günlərdə də təkrar yox bu gün gözlərinin maviliyini qorusan da baxışlarln dünənki baxişlar deyil dünən yuxularimi küçənizdə qaçirtsam da bu gün yorğanimi başima çəkib yatiram.
/ayb.az/
|