Özdemir Asaf - Sənin daxilinə girdiyim vaxtı
16.03.16
Avanqard.net türk şairi Özdemir Asafın şeirləri gənc yazar Vasif Əlihüseynin tərcüməsində təqdim edir.
BU GÜN VƏ BU GÜN
Elə tez keçir ki, günlər Hələ sən də bir həyatına bax Sanki dünən doğulmuşuq Təzə dərsə başlamışıq Təzə sevmişik bir – birimiz
Elə tez keçir ki, günlər Hələ sən də bir həyatına bax Sanki sabah bitəcək hər şey Sabah ölənlər kimiyik
Daha yaşamağa doymamışıq Günlərimiz dünən bir, bu gün iki Çalış heç nə saxlama sabah Çünki sabah yoxdu
QONAQ
Sən gələndə ağlamışdın Ora üçün Bil ki, gedəndə də ağlayacaqsan Bura üçün
PERSPECTİF
Sənin daxilinə girdiyim vaxtı Çölümdə qalırsan Sənə kənardan baxanda İçimə sığdıra bilmirəm
BAĞLI
Məni elə bir yalana inandır ki, Bir ömür sürsün doğruluğu
HÖRMƏT
Sənə gözəl deyirlər Heç vaxt gözəl olma
ALTINCI GÜN
Mənim demək üçün çırpındığım gecələrdə Siz yox idiniz
|