Qan Turalının "Fələk Qırmancı" kitabının təqdimatı oldu
15.03.16
Gənc Tamaşaçılar Teatrında yazıçı Qan Turalının “Fələk qırmancı” romanının imza günü keçirilib.
Məlumatına görə, oxucular müəllifin imzalı kitablarını əldə ediblər. Təqdimat mərasimində tanınmış yazarlar, jurnalistlər, oxucular iştirak edib. “Fələk qırmancı” romanı paralel süjetli romandır. Romanın müasir süjeti şüurlu şəkildə yazmaqdan imtina edən Mehdi haqqındadır.
Daxili təlatümlərlə, ağır psixoloji travmalar keçirdən Mehdinin həyatda yeganə istinadgahı Zeynəbdir. Tarixi süjet isə Orta Əsrlərdə baş verir. Burda bir sufinin özünüdərk axtarışları təsvir edilir. “Fələk qırmancı” adı mərhum yazıçı Mehdi Bəyazidin yazmaq istəyib heç zaman yaza bilmədiyi romanının adından götürülüb.
“Fələk qırmancı” romanı “Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası” seriyasından çap olunub. Kitab “Mütərcim” nəşriyyatında çap olunub. Qeyd edək ki, yazıçı eyni zamanda “Mustafa”, “Polis qorxusuyla öpüşmək” və “9 hekayə” kitablarının da müəllifidir.
|