“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı olub
10.03.16
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı olub.
Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasının növbəti nəşri barədə məlumat verilib. Bildirilib ki, kitabda Azərbaycan ədəbiyyatının bütün dövrlərində (1920-ci illərədək) yazıb-yaradan sənətkarların əsərlərində əksini tapan multikultural, tolerant dəyərlər bir kontekst daxilində toplanıb. Oxucu bu nəşrdə klassik şair və yazıçılarımızı tamamilə yeni bir rakursda görəcək.
“Ön söz”ün müəllifi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulladır.
|