“Ulduz”un baş redaktoru xəstə yazıçıya dəstək oldu
25.02.16
Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan “Ulduz” jurnalının baş redaktoru şair Qulu Ağsəs xeyirxah addım atıb. Axar.az xəbər verir ki, Qulu Ağsəs “Ulduz” jurnalının fevral sayının qonorarını hepatitdən əziyyət çəkən yazıçı Kənan Hacıya verəcəklərini bildirib. Buna jurnalda əsərləri dərc olunan müəlliflər də razılıq verib. “Ulduz”un bu sayında Vaqif Nəsib, Xanəmir Telmanoğlu, Vahid Qazi, Səxavət Sahil kimi yazarların əsərləri yer alıb. Qeyd edək ki, yazıçı Kənan Hacı 8 ildir hepatit C xəstəliyindən əziyyət çəkir. /axar.az/
|