"Ulduz" jurnalının fevral sayında nə var?
25.02.16
“Ulduz” jurnalının fevral sayı işıq üzü görüb.
Jurnal Azərbaycan Universitetinin filologiya və jurnalistika kafedrasının müdiri Ülviyyə Rəhimovanın “Yazının mistikası” yazısı ilə açılır. Jurnalın bu sayında Kərbəlayı Həci Xanəmir Bağdadi “dialoqun qalığı...”ndan danışır.
Səxavət Sahil “Romanın qəhrəmanı olan – Jorj Sand”ın yaradıcıllğından söz açır. Bu dəfə “Debüt” Emil Hacılının şeirlərini təqdim edir.
“Uşaqdan böyüyə” rubrikasında Dəniz İsamyılova hekayələri çap olunub. “Tərcümə saatı”nda Radomir Andriçin “Uçuşa vərdiş” kitabının “Açar uşaqların əlindədir” hissəsini Səlim Babullaoğlu Yekaterina Paniçinin sətri tərcümələri əsasında oxuculara təqdim edir.
AYB-nin ədəbi seksiyalarının “Müzakirə klubu” yazıçı Məmməd Orucun “Qısa qapanma” romanının müzakirəsini oxucuların ixtiyarına verir.
“Şeir vaxtı”nda Nilufər Şıxlı və Fərqanə Mehdiyevadır. İstanbulda yaşayan Leyla Hüseynbəylinin “Nostalji” hekayəsi çap olunub .
Vaqif Nəsib bu dəfə “3 adamın gömgöy günü”ndən yazır. “Qürbət yazıları”nda Vahid Qazi “Salam, Gülsarı!”nı xatırlayır. Nahid Şəmşir “Kurort romanı”nı, İltimas Səmimi şeirlərini təqdim edir. “Dərgidə kitab” da Faiq Hüseynbəylinin şeirləri çıxıb. Həmçinin tələbə-memar Gülər Hacıbəylinin yaradıcılığı təqdim olunub. /oxuzali.az/
|