Zbiqnev Bjezinski “Strateji Baxış”
24.02.16
"Qanun"da yeni kitab.
“Böyük şahmat taxtası: Amerikanın hökmranlığı və onun geostrateji imperativləri” kitabının (1997) müəllifi, məşhur amerikalı “şahin” Zbiqnev Bjezinski Birləşmiş Ştatların siyasətini bu kitabda olduğu qədər kəskin heç vaxt tənqid etməmişdir.
1997-ci ildə “Amerikanın [dünya] hökmranlığı və onun geostrateji imperativləri” nəzərdən keçirilirdi, zəmanə isə dəyişir, hətta Amerika kimi qüdrətli dövlətin də hegemonçuluğunu qəbul etməyən dünya çoxqütblü nizama doğru hərəkətdədir – və 2010-cu ildə Z.Bjezinski artıq hesab edir ki, əgər ABŞ özünün “Dünya siyasətində Tanrının seçdiyi hegemon” qlobal konsepsiyasını dəyişməsə, onu keçmiş imperiyaların taleyi gözləyir.
Amerikaya XXI əsrin yeni siyasi sistemində öz vəziyyətini dərk etməkdə necə kömək edəsən və sürətlə güclənən, geosiyasətə getdikcə fəal təsir göstərən Çinlə tarazlığı necə tapasan? Şərq və Qərb arasında balansı necə təsbit edəsən və Avropa bunda hansı rol oynamalıdır? Rusiyanı “Böyük Qərb”in maraqları orbitinə çəkmək üçün ABŞ ən yaxın gələcəkdə Moskvaya hansı təklifləri etməlidir? Bjezinski müasir dövrün bu və digər ən vacib suallarına cavab axtarır və tapır...
Qiyməti, 9.99 AZN
|