Ülvi Babasoy - Umberto Eco, 39 dollar, qara kişmiş, leylək və gülüş
22.02.16

Umberto Eco'ya vida
 
Yazı masamda çalışıram: Sənət və ədəbiyyat sahəsindəki müxtəlif jurnalların saytlarında gəzişmək məni yaman bezdirir. Yorulmağımın səbəbi məkanın sıxıcı olması deyil. Hər şey qaydasındadır. Rəngarəng sənət materiallarının içində itib-batıram.

Əmma axtardığım mövzu ilə bağlı qaynaqların hamısı pulludur. Avropa və Amerikanın nüfuzlu universitetləri “Sənət və Humanitar” indeksli məqalələri pulla satır. Ən ucuz məqalənin qiyməti 39 dollar, 99 sentdir. Pulsuz məqalə tapmaq sevdam baş tutmur. Fasilə verirəm.

Öz-özmə düşünürəm: Sonra da deyinirik ki, bizim ədəbiyyat niyə inkişaf etməyib?! Ay bizim yazıçılar niyə bu gündədir?...  Düşünün ki,  bir yazıçının əsərihaqında yazılmış ən ucuz məqalə 39 dollardır. Öz dəyərlərini peşkəş vermirlər. Ucuz ətin şorbası olmaz. Onların yazıçıya, sənətə verdiyi dəyər akademik səviyyədədir. Ucuz kafe və ya çayxana qeybətləri miqyasında deyil.

Hələ dəqiq elmləri demirəm. Amerika qravitasiya dalğalarını kəşf edir. Biz isə bataqlıq dalğalarını belə, tapa bilməmişik. ABŞ qravitasiya dalğalarınının tapılması üçün dörd yüz əlli milyon dollar xərcləyib. Bizim illik elm büdcəmiz yüz otuz milyon manatdır.

Məqsədim Amerika ilə özümüzü müqayisə etmək deyil. Ancaq bir ədəbiyyat adamı kimi əndişəliyəm. İstedadlı yazıçı qəzet və ya saytın verəcəyi otuz manat qonorara möhtacdır. (O da versə) Məişət dərdinin ağır yükü altında əzilir. Beləcə, yazı prosesi və sənət yaratmaq xülyaları puç olur. Deyəcəksiz ki, nə danışırsan, yazıçı ac qalsa da yazmalıdır. Bəs enerjinin parçalanma qanunu yalandır?

Rəhmətlik Einstein və onun xələfləri məni bağışlasın. Bir az burnumu onların işinə soxacam. Necə ki, bir suya daş atanda daşın düşdüyü yerdən ətrafa irili-xırdalı qabarcıqlar yayılır. Mərkəzdənqaçma qanunu işə düşür. Qabarcıqlar mərkəzdən uzaqlaşdıqca azalır. Yazıçının beynində yaşamaq uğrunda mübarziə problemi genişləndikcə genişlənir. Nəhayət, enerji parçalanır və beyni  daha iri problemlərlə məğul olan yazıçı sənət mərkəzindən uzaqlaşır. Bizim yazıçılar lokal düşünür məsəli dillər əzbəri olur. Enerjinin parçalanma qanunu bərabərdir lokal təfəkkürə. Nə isə...

Ayağa qalxıb pəncərəyə yaxınlaşıram. Pəncərə şüşəsi tərlidir. Pəncərəni açıb çölə boylanıram. Bədənimdən üşütmə keçir. Göy üzü bulanıq və kədərlidir.

Qəflətən gözümə tutqun havanı  qırıcı kimi yaran leylək sataşır. Bulanıq havada ağappaq leylək  bədəni göz oxşayır. Leyləyi görən kimi sevinirəm. Çünki bu leylək yeni ilin ilk günlərindən bu yana hər gün  işlədiyim yerin həyətinə qonur və saatlarla ətrafını kol-kos başmış ərazidə eşələnirdi. Bir həftə olardı ki, gözümə dəymirdi hacıleylək.

İlahi, bu quş necə də gözəl uçur, uçmur e, süzür.  Göy üzündə sonsuz bir arxayınlıqla süzən leyləyi gözdən itənəcən seyr edirəm. Gözlərim dərin yol çəkir. Bir quş kimi azad və sərbəst olmaq keçir ürəyimdən. Qanadlarımın olmasını arzulayıram. Özü də leylək kimi havanı yararaq uçmaq istəyirəm...

Qayıdıb əyləşirəm masaya. Yenə də ümumdünya hörümçək torunda ilişib qalıram. Pulsuz məqalə yoxdur ki, yoxdur. Aclıq hiss edirəm. Şkafın sürməsini özümə sarı çəkib bir ovuc qara kişmiş götürürəm... (Qara kişmiş birbaşa beyni qidalandırır. Yağlı nahardansa o, faydalıdır. Yaradıcı və elmi işlə məğul olanlar üçün məsləhətdir.) Tədqiqat işinə ara verib bir az kitab oxumağa qərar verirəm.

Masamın üstündə paralel şəkildə oxuduğum iki kitab var. Biri Umberto Eco'nun “Düşman icad etmək”, digəri Robert Muzilin “Həyatı boyunca azalan”  kitabıdır. Yorğunluğumu Econun çıxaracağını düşünürəm. “Uliss: Bizə elə bu lazımıydı...” essesini oxumağa başlayıram.

Joyce'un “Uliss” romanını təhlil edən Eco'dan gözləmədiyim bir yazı:

Hər zaman “Uliss” romanını tərifləyən Eco kəskin və qeyri-etik ifadələr işlədir. “Uliss”i sadəcə ağıl məhsulu, hiss və həyəcandan məhrum fikir yığını adlandırır. Essedə sistemsizlik, qarışıqlıq  var. Üstəlik, Marsel Prust və James Joyce'u  “əxlaqsız yəhudilər” ifadəsi ilə  təhqir edir. Essenin sonunda anlayıram ki, Eco'nun ironiya oyununun qurbanıyam. Sən demə, esse sitatlar toplusu imiş. Bir çox Joyce tədqiqatçılarının əsassız və abırsız fikirlərinin antologiyasıdır.

Elə bu zaman məni dəli bir gülmək tutur. Eco'nun sitatları necə ustalıqla işlətməsinə gülürəm. Sitatların arxasında gizlənən kinayəni hiss edəndə gülüşüm üzümdə donub qalır. Mutant təfəkkür və əqidəyə gülüşdür. Bu qəribə Eco gülüşü məni heyran edir. Esseni oxuyub bitirəndən sonra mobil telefonumu əlimə alıram. Tanımadığım bir nömrədən zəng gəlib. Nömrəni yığıram. Kulisin baş redaktoru Qan Turalıdır. Kulisdə çıxan bir hekayəni oxumağımı məsləhət görür. İşdə olduğumu, axşam baxacağımı, deyirəm. Qısa bir ədəbiyyat söhbətindən sonra sağollaşırıq. Ürəyimdən bayıra çıxıb gəzmək keçir...

Evdə Kulisə daxil oluram. “Umberto Eco öldü” başlıqlı xəbərlə sarsılıram. İnana bilmirəm. Ekonun ciddi, gülərüz və gümrah görünüşü məndə onun hələ uzun illər yaşayacağı fikrini yaradıb. Xəbərin tarixinə baxıram: 20. O2. 2016. / 4:22. Bu, necə ola bilər axı?! Eco'nun ölümsüz olması barədə düşüncələr  məni rahat buraxmır. Ürəyimi dəhşətli sıxıntı bürüyür...

Eco öldü. Bəs ondan bizə nə qaldı? Gözəllik, gözəllik qaldı. Eco istini və soyuğu, cənnəti və cəhənnəmi, odu və suyu, gözəlliyi və çirkinliyi eyni görkəmdə təsvir edirdi. Eco qələmində məsələ gözəl və ya çirkin olmaqdan çıxırdı. Gözəllik mücəssəməsinə çevrilirdi. Həyəcan, qorxu, şiddət və ölüm belə, gözəldi. Gözəl olan hadisənin mahiyyəti deyildi, mahiyyətin gözəl ifadəsiydi.

Eco ədbiyyatın gözəllik duyumu və estetik zövq olduğunu göstərdi. “Qızılgülün adı” romanı ən böyük gözəllik nümunəsi idi.  Vacib olan qızılgülün adı, qoxusu və ya rəngi deyildi. Vacib olan  Qızılgülün adının, qoxusunun, dadının və rənginin olmadığı bir dünyanı sevməkdi. Sevmək və oxumaqdı. Sevmək və gülməkdi. Hə, bir də gülmək. Səndən bizə gülüş qaldı, Eco.

Təkrarsız və yenilənən gülüş. Tarix özünü abırsızca təkrar edir. Sən isə tarix köhnəldikcə yenilənəcəksən. Çünki kitabların və fikirlərin durmadan danışacaq. Danışdıqca tarixin və zamanın qocalmağının acığına gəncləşəcəksən, Eco.

Təhkiyə meşələrinə əbədi səyahət başladı. Nerval, Duma, Edgar Poe, Tolstoy, Kafka və Joyce'dan sonra yeddinci səyahət. Eco'nun səyahəti özü ilə gülüşü apardı. Tanrısız dünya, gülüşdən də məhrum oldu.

Bugünkü kədərli və bulanıq hava da, çoxdandır gözümə dəyməyən leyləyin uçuşu da Eco'nun əbədi səyahətinə işarəymiş. Eco “var olmağın yüngüllük bürcünü” - ölümü seçdi. Bir leylək kimi azad və sərbəst olmağı. Bizlər isə varlığın ağırlıq bürcünü - yaşamağı. Kədəri seçdik, kədəri. Tanrısız və gülüşsüz dünyanın kədərini. /oxuzali.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.