Kamal Abdulla baş redaktor təyin edilib
18.02.16
AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA-nın “Elm” nəşriyyatının 2016-cı il üzrə Tematik planı təsdiqlənib. İclasda AMEA-nın bir sıra elmi müəssisələrinin ştat cədvəlləri təsdiq edilib. İclasda AMEA Rəyasət Heyətinin nəzdində Fənlərarası Analitik Mərkəzi yaradılması haqda qərar qəbul edilib.
Bildirilib ki, AMEA-da plan üzrə aparılan fundamental elmi tədqiqat işlərinin, elmi avadanlıqların yüklənmə səviyyəsini artırmaq, lisenziyalaşma işlərini aparmaq məqsədi ilə AMEA Rəyasət Heyətinin nəzdində Fənlərarası Analitik Mərkəz yaradılıb.
Kimya üzrə fəlsəfə doktoru Rüfət Məmmədov mərkəzin direktoru vəzifəsini icra edən təyin edilib.
Sonra AMEA-nın “Nafta” Elmi İstehsalat Birliyinin Nizamnaməsi təsdiq edilib. Birliyin direktoru vəzifəsinə kimya üzrə fəlsəfə doktoru Adəm Quluzadə təyin edilib.
Başqa bir qərarla AMEA-nın “Türkologiya” jurnalının yeni redaksiya heyəti təsdiqlənib.
Rəyasət Heyətinin qərarı ilə akademik Kamal Abdulla jurnalın baş redaktoru vəzifəsinə təyin edilib. /manera.az/
|