Raymon Kenonun "Biz qadınlarla həmişə nəzakətliyik" kitabı nəşr olunub

10.02.16

"Qanun" nəşrlər evində Raymon Kenonun "BİZ QADINLARLA HƏMİŞƏ NƏZAKƏTLİYİK" kitabı çap olunub.


Görkəmli  fransız yazıçısı, şair, esseist  və  tərcüməçi, sürrealist hərəkatın iştirakçısı, bir neçə nüfuzlu ədəbi mükafatların , o cümlədən “Qara Yumor Mükafatı”nın laureatı,  ULİPO –nun (OULIPO - Ouvroir de la littrature potentielle, Potensial Ədəbi Qrup) – yaradıcılarından biri, Qonkur akademiyasının üzvü, məşhur erudit, rəssam və riyaziyyatçı.

Keno yaradıcılığına şair-sürrealist kimi başlayıb, yaradıcılığının  son on beş ili OULİPO qrupu ilə bağlı olub. Amma, hər iki halda onu yazı texnikası daha çox maraqlandırıb, ona görə ki, Keno əsas bədii vəzifəsini ədəbi dilin qanunauyğunluqlarına və uğurlarına yeni nöqteyi-nəzərdən baxmaqda görüb.Onun adı və yaradıcılığı ədəbi dil mühitində ən radikal hallarla qoşa çəkilib.
Raymon Keno 20-ci əsrin fransız poeziyasında həm virtuoz-eksperimentator, həm də nəzəriyyəçi- reformator  kimi məşhurluq qazanıb. O, yeganə müasir yazıçıdır (o cümlədən şair və ədəbiyyatşünas) ki, dillə oyun əsasında öz yaradıcılığında da əksini tapmış yeni bədii sistem, yeni poetik dil yarada bilib.  Təkcə bu fakt onu klassiklərin siyahısına salmaq üçün kifayətdir, baxmayaraq ki, onun yaradıcılığı bütün ənənələri dağıtmağa yönəlmişdi.
Raymon Keno öz yaradıcılığında ikiüzlüləri, boğazdan yuxarı , pafoslu danışanları, xalqla olduğunu gözə soxmağa çalışan, əslində isə onun önünə çıxmağa cürət etməyənlərə gülüb. Azərbaycan ədəbiyyatında M.Ə.Sabir və C.Məmmədquluzadə  öz ifadələri ilə necə məşhurdusa, Fransada da bu funksiyanı özündə daşıyan onun yaradıcılığıdır. O, əsərlərinə kütlənin danışıq tərzini, dili yaradan xalqın işlətdiyi söz və ifadələri salmağı borc bilib, ən adi fransızın düşüncə-danışıq tərzini kağız üzərində əbədiləşdirməyə çalışıb. Kenonun fikrincə, gülüş-  ən güclü silahdır, həyatın  bütün çətinliklərinə, hətta ölümə də qalib gələ bilən qüvvədir.
“Biz qadınlarla həmişə nəzakətliyik”(1947) əsəri  1916-cı ildə Pasxa Bayramının birinci günündə Dublində baş tutmuş üsyana həsr edilmişdir. Əsər baş vermiş hadisələri  tarixi nöqteyi-nəzərdən  heç də düzgün təsvir etmir . Guya ki, mövcud olmuş irland yazıçısı Salli Maranın adından yazılıb və bu təxəllüs altında nəşr edilmiş kitaba daha iki əsər də daxildir. Onlardan daha biri  - “Salli Maranın intim gündəliyi”(1950)  adlı faciəvi-avtobioqrafik romandır.

Bakı, Qanun Nəşriyyatı, 2016, 272 səhifə. 
Çapa imzalanmışdır: 27.01.2016

Tərcümə: Ziya Fazil
Redaktor: Əziz Rzazadə
Korrektor: Reyhanə Nəcəfova

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.