“Səsindən tanıdılar payızı” klassik yapon şeiri antologiyası işıq üzü görüb
28.01.16

"ATV Kitab" seriyasının “Parlaq imzalar”la birgə layihəsi çərçivəsində silsilənin növbəti 4-cü nəşri – “Səsindən tanıdılar payızı” klassik yapon şeiri antologiyası işıq üzü görüb. İstedadlı tərcüməçi və publisist Cəmşid Bəxtiyarın tərcüməsində işıq üzü görən antologiyaya klassik yapon poeziyasının zirvələri sayılan Başo (1644-1694), Buson (1716-1783) və İssanın (1763-1828) ölməz üçlükləri- seçmə haykuları ilə yanaşı, həmin şairlərin özlərinə ustad saydıqları böyük yapon şairi Saygyonun (1118—1190) qələmindən çıxan tankalar – beşliklər də ilk dəfə olaraq oxuculara məhz bu toplu vasitəsi ilə təklif edilir. Şeirlər ilə yanaşı böyük yapon şairlərinin həyat və yaradıcılığına işıq salan, ara-sıra yapon poeziyası tarixini də sərf-nəzər edən məqalələri də oxumaq olar kitabdan. Antologiyanın tərtibçisi, redaktoru və məqalələri müəllifi "ATV Kitab" seriyasının rəhbəri, şair Səlim Babullaoğludur. Onun fikrincə yapon şeirinin anı göstərmək, anı yaxalamaq kimi yalnız özünə xas bir əsas xüsusiyyəti var və bu xüsusiyyət – anı yaxalamaq cəhdi və bu cəhdi dəqiq qaydalarla hüdudlanmış qısa şeirdə icra etmək yapon poeziyasını vizuallıq baxımından dünya şeirinin baştacına şevirib. Layihə rəhbəri antologiyanın oxucular və poeziyasevərlər tərəfindən yaxşı qarşılanacağından əmindir.
 
"Parlaq imzalar" nəşriyyatının direktoru Nurman Tariq də hesab edir ki, “Səsindən tanıdılar payızı” klassik yapon şeiri antologiyası məzmun məziyyətləri ilə yanaşı xüsusi poliqrafik keyfiyyətdə, poetik toplulara xas standartla icra olunub. O da qeyd edib ki, yalnız haykular deyil, həmçinin böyük yapon şairi Saygyonun qələmindən çıxan tankaların – beşliklərin da təklif edildiyi kitab bu məziyyəti ilə bir ilkdir, yenilikdir. Tankaların – beşliklərin haykulardan – üçlüklərdən daha qədim və sonradan onları da doğurmuş ədəbi hadisə olduğu nəzər alınsa, onda antologiyanın məhz belə tərtib edilməsi həm də qanunauyğun və ədalətli görünər.
 
Yaradıcı qrup antologiya üzərində iş zamanı Yaponiyanın Azərbaycandakı səfirliyi ilə də əməkdaşlıq ediblər. Kitabın məsləhətçisi Aydın Tağıyevdir, bədii və texniki tərtibat isə İsmayıl Süleymanlıya məxsusdur.
 
"ATV Kitab" layihəsinin redaksiya heyətinə Vüqar Qaradağlı (sədr), Məsiağa Məhəmmədi, Cavanşir Yusifli,  İlqar Fəhmi, Səlim Babullaoğlu (layihə rəhbəri),  Seyfəddin Hüseynli, Dilman Şahmərdanlı, Əliş Mirzalı və Bəxtiyar Əlirzayev də daxildir. Bədii Tərcümə Mərkəzi və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə hazırlanan kitaba və seriyaya informasiya dəstəyi www.news.atv.az tərəfindən verilir.
 
Qeyd edək ki,  bundan əvvəl eyni seriyadan A. Strindberqin "Tənha" romanı, V. Krevenin "Azəristan hekayələri" , M. Ağaoğlunun “Alman malı” hekayələr toplusu nəşr edilmişdi.
 
Kitabı şəhərin əksər kitab dükanlarından əldə etmək olar. Eyni zamanda internet üzərindən və 055 259 72 59 telefon nömrəsi ilə də sifariş  edə bilərsiz. Çatdırılma pulsuzdur. /Kulis/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.