Xosrov Barışan - Nəfəsin kapitalist qoxuyur sənin
27.01.16
HƏLƏ DEMƏ...
Hələ saçlarıvı demə... Saçların Təbrizin xiyavanlarıdır! Pərişan, tikanlı, dolaşıq və qara... Dolayıram saçlarıvı ayaqlarıma. Mən adam olmadım ki..! Xiyavanlarda yalqız gəzən həsrətəm! Ah... mənim şeirim xiyavanlar ortasında yaradılır Bağrılaraq. Hələ gözlərivi demə... Sənin o santrifiyuj gözlərin... Gözlərin qatilim olacaqdır! Söylə hansı fəlsəfə zənginlətmiş nifrətlə gözlərivi!? Ömrümü xərclədim gözlərivi sevgiylə doldurmağa! Nə yazıq ki yaşamaq o göy gözlərində göyərmədi. Nə yazıq ki gözlərin dolacaq topraqla. Ah... baxışların bomb.., bomb.., bomb.., bomba! Ürəyim partlayır vaxsey. Sanki kainat yaradılır.
Hələ burnuvu demə... Məhkum olduğum dünyamdır burnun! Əməllə gözəlləşən Jenetikən çirkin bir burun! Anlamadın, qanmadın, qavramadın Çirkinliklər gözəllikləri anlamaq üçün yaradılıb. Üstümə asqırma. Nəft asqırırsan, nəft..! Püfff...f nəfəsin kapitalist qoxuyur sənin. Məni yandırıb yaxarkən qazancın nədir? Söylə. Alov... alov... aydınlanıb, aydınladıram. Şairəm axı.
Hələ bədənivi demə... Oooooohh... O çılpaq bədənin.., Ana vətənimdir mənim; İsti, səmimi, tapdaq altında, Və şairlər məskəni Azərbaycan. Uzana bilirəm bədənivin üstünə Yalnız zil qaranlıqda. Hanı sənin ağzın, ağzın hanı? Mən adam olmadım ki Öz doğma yurdumdaki yalqız gəzən qurbətəm!
Sanma sənsiz yaşayıram sevgilim; Çulqalanıram təkcə günlərə kəfən kimi Və dalğalanıram qurudulan Urmu gölü tək. Ah... hər yeriyişimdə sevgimin daşı ağır olub düşür başıma! Daşdır ürəyin, daş... Qana bilməzsən! Addımlar altında əzilən ürəyim kimi Qanaya bilməzsən! Burax məni diritməyin səfsətəli projəsini. Davranışların duvardır, duvar..! Bu kimsəsiz, ucsuz gecələrdə yol göstərən ulduzum ola bilməzsən.
FƏRQANƏ MEHDİYEVAYA
Mən hər gecə Şeirin şorunu çıxardıb Suyunu süzürəm izlərimə. Gözləriniz aydınlanır. Və soyuram ürəyimi Adəm cənnətdən qovulur; Gözləriniz yaşlanır. Məni belə qərib hallar tapar Fərqanə, Belə əcib hallar... Məni sözcüklər meymun eyləmiş Fərqanə! 24 saat durmadan Başımın ətini yeyirlər! Hansı sözcükdən hansı sözcüyə atılım? Hansı gözləri dərim, Şeirim doğsun mənim? Yaman qorxuram fərqanə, Şeirim həmişə uşaq qalır! Necə insan təkamülə çatsın ki? Tanrıya çatmaq üçün Hansı nərdüvanı hansı göyə dayamalıyam?! Uşaq idim Anama ulduz dərmək istərdim... Böyüdüm Heç qız ulduz sevməyir ki..! Deyir: -mən özüm bir ulduzam ay oğlan. Və geçir aylar... Aydan, ucadan Sənə baxıram, Özümə baxıram. Tütsünün yuxarıya qalxdığından mı Hər ürəkdə yanğın varsa Tütsüsü mənim gözümə gedir? Darıxmalar yağışları Elə başlayırlar ki Bütün yağışlar darıxır! Bilirəm duz yeyib duzqabını sındırırlar! Bizlərsə Yaramızdan duz səpirik! Əlimizin duzu olmasa da Nəfəsimizin duzu bol olacaq! Əə...əh, duzun nə yeri var bu şeirdə Fərqanə?! Döktürlər yeməkdə belə Yasaq etmişlər. Duzun ürəyə zərəri vardır axı. Halbuki mən Duzlu bir qız doğacaqdım; Adını isə “TÜRKAY” qoyacaqdım. Ürək işçisi olan atasına öyünsün. Bax Hər ışıq hayxıran yaxılıb Sonra da bir ulduz olub. Sən demə əsil şair “Urmu gölü”dür. “Bakı”-“Təbriz” avtobusları “Azərbaycan” boyda yalqızlığımdan geçməyirlər heç. Dalğalar... Dalğalar... Dənizdə can verib İçimdə canlanırlar. Sən ağlayırsan... Mən titrəyirəm... Yolumuz eyni; Tuvaletdəki kəpənəyin öyküsüdür alınyazımız! Aşkar da olsan Gizlənəcəksən. Gizli də olsam, Aşkarlanacağam.
Ah mən bir düşüncə heykəliyəm Gözyaşlarımdan yonuluram Fərqanə. Mən cənnəti yanmaqda gördüm. Bu səbəbdən şairik Fərqanə. Pəs yaşasın toprağımız.
|