Vasif Əlihüseyn - Toyun necə keçdi canım?!
26.01.16
QOLLARIM CINDIR PİRİDİ
Sevməzlər məni gözəllər, mənə göz atıb keçərlər. Elə bil şeytan piriyəm, mənə daş atıb keçərlər.
Bir səhvdi yolda bitməyim, mənim bu günümə ağla. Qollarım cındır piridi, gəl aç, yaylığını bağla.
Qəlbim daim səninlədi, Fikrim yox, səndən küsməyə. Arzuların çin olsa, gəl, Gəl, mənə qurban kəsməyə.
TOYUN NECƏ KEÇDİ CANIM
Getmədik biz bu yolu da, bu ömür də dərdə qalsın. Bu yol da unudsun bizi, bu yolu əllərdə qalsın.
Səni də tanıdım getdin, qurtardı, hər şey qurtardı. Qismətim olmayan qızı, tanrım qarşıma çıxardı.
Başımı götürüb qaçdım, elə bildim, köçdü canım. Heç demirsən, mənsiz keçən, toyun necə keçdi canım?!
SƏN ƏN BÖYÜK TƏSƏLLİMSƏN Sən ən böyük təsəllimsən, gəlmisən məni sevməyə. Axı, nə yaşın vardı, mənimlə dərd çəkməyə.
Bir qucaqlıqdı boyun, saçın nə gözəl ətirdi. Təkliyimdən gileyləndim, Allahım səni gətirdi.
Belədi dünyanın işi, hönkürüb ağlamaq olur. kimisə itirəndə, kimisə qucaqlamaq olur.
|