“Nabat” filmi Dəkkə film festivalında
19.01.16
Elçin Musaoğlunun “Nabat” bədii filmi Banqladeşdə keçirilən 14-cü Dəkkə beynəlxalq film festivalında nümayiş olunub.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, təqdimata filmin Dəkkəyə səfər edən yaradıcı heyəti qatılıb. Festivalın əsas müsabiqə proqramında yer alan filmin növbəti nümayişi yanvarın 22-də keçiriləcək.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digər aktyorlar canlandırıb.
|