Məhəmməd Füzuli Hollandiyada anılıb
19.01.16
Amsterdamda keçirilən konfransda ədəbiyyatsevərlərə Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsəri barədə dolğun məlumat verilib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, konfrans Türkevi Araşdırmalar Mərkəzi, “Parıltı” ədəbiyyat jurnalı və “Mürəkkəb” fondu tərəfindən “Füzuli, Leyli və Məcnun” mövzusunda təşkil edilib.
Konfransda Füzulinin yazdığı “Leyli ilə Məcnun”un bir mədəniyyət və əxlaq əsəri olduğu vurğulanıb.
Füzulinin bütün əsrlərin şair olduğunu söyləyən natiqlər onun günümüzdə kifayət qədər diqqətlə öyrənilməməsini təəssüflə qeyd ediblər.
Tədbirdə Füzuli ilə eyni əsrdə yaşamış ingilis şairi Şekspirin yaradıcılığı müqayisəli təhlil edilib.
|