“Qurur və qərəz” nümayiş olunacaq
18.01.16
Yanvarın 30-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında məşhur ingilis yazıçısı Ceyn Ostinin “Qürur və qərəz” romanı əsasında eyniadlı tamaşa nümayiş olunacaq.
Teatrdan bildirilib ki, kinorejissor İlqar Safatın hazırladığı səhnə əsərinin rəhbəri Xalq Artisti Aleksandr Şarovski, quruluşçu rəssamı Nikita Sazonovdur. Səhnə əsərində əsas rolları Əməkdar artistlər Ömür Nağıyev, Natalya Baliyeva, aktyorlar İnna İmranova, Olqa Arsentyeva, Mariya Dubovitskaya, Fatma Əliyeva, Olesya Qasımova, Yeganə Hüseynli və başqaları ifa edəcək.
Qeyd edək ki, Ceyn Ostinin 1813-cü ildə yazdığı “Qürur və qərəz” romanı bir neçə dəfə ekranlaşdırılaraq müxtəlif film festivallarında nümayiş olunub.
|