"Qanun"da yeni kitablar nəşr edilib
05.01.16
Nadir Qocabəyli - MONA LİZANIN TƏBƏSSÜMÜ
Nadir Qocabəyli (Quliyev) 1967-ci ildə Bakı şəhərində doğulub, 1994-cü
ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
Kitab
tərcüməçisi və köşə yazarı kimi tanınır. Knut Hamsun, Xulio Kortasar,
Fyodor Dostoyevski, Vladimir Nabokov, Tomas Vulf, Fridrix fon
Fitscerald, Marten Paj, Daniel Keyes, Aqata Kristi və digər dünya
şöhrətli yazıçıların kitablarını dilimizə çevirib. Mətbuatda mütəmadi
olaraq ictimai-siyasi, mədəni-ədəbi mövzulu yazılarla çıxış edir.
“Mona Lizanın təbəssümü” onun yazıçı kimi oxucularla ilk görüşüdür.
Bakı, Qanun Nəşriyyatı, 2015, 336 səhifə, tiraj 300
OĞUZNAMƏ
«Oğuznamə» indiyədək türkologiya elminə məlum olmayan, XV-XVI əsrlərdə üzü köçürülən əlyazmasıdır. Xalq müdrikliyindən nur alan, təxminən iki min atalar sözü və məsəldən ibarət bu folklor toplusu oxuculara yenidən təqdim olunur.
Bakı, Qanun Nəşriyyatı, 2015, 292 səhifə, 1000 tiraj
|