Gülnar Səma - Elçinin “Kölgə”si 
28.12.15

Xalq yazıçısı Elçin Əfəndiyevin “Kaşeyin taleyi” kitabı “Kölgə” hekayəsi ilə başlayır. Əsər Şah Tutla bağlı əbədi keçmişdə qalmış uşaqlıq çağlarının xatırlanması ilə başlasa da, hadisələr onun ömrünün yetkin çağlarında baş verir. Şah Tutun Kölgəsində arzuladıqlarının bir qismi həyata keçmişdi. Bir qismi isə həyatın verməli olduğu cavabların suallarına çevrilişdi. Özü də başdan-başa narazılıq olan bu cavablar 25-30 ildir ki, Fariz müəllimin yol yolçusudur. Yazıçı həmin sual-cavabların ağrı-acısının son günlər bu dərəcədə artmasının səbəbini fransız alimi Jan Batist Effelin “Nobel” mükafatı almağı ilə bağlayır. Elə əsərin düyünü də burada vurulur. Azərbaycan vətəndaşı olan Fariz müəllim hara, “Nobel” mükafatı alan fransız hara!?!

Bu müxtəlif məkanları və müxtəlif milliyyətləri Cucurbita pepo L hörümçəyi birləşdirirmiş. Hörümçəyə “balqabaq” anlamı verən bu cür romantik adın qoyulmasının səbəbi qanadlarının sarı rəngdə olmasıdır. Həmin hörümçək Fariz müəllimin bir daha dünyanın ədalətsizlik üstündə bina olduğuna şübhələrini yox elədi. Yazıçı bu ədalətsizliyin bariz nümunəsini elmi kəşflə əsaslandırmağa nail olub. 21 illik zaman məsafəsi Azərbaycan alimi ilə fransız alimi arasındakı bütün fərqləri nümayiş etdirə bilmişdi. Sözün düzü, bu, tarixi ənənədən gəlmə bir ədalətsizlikdir. Kəşflərimiz, yeniliklərimiz vaxtında dəyərləndirilmədikcə yadlar onlara dədəmalı kimi sahib çıxmağı və mükafatlarını da almağı bacarmışlar. Əslində əsərin əsas ideyası və mahiyyəti də bu dəyərsizliyin acısını və ölkəmizə verdiyi ziyanın böyüklüyünü göstərməkdir. Belə bir hörümçəyin Jan Batistin yuxusuna da girmə bilmədiyi 1991-ci ilin 23 avqustunda Fariz müəllim bu “Nobel”lik kəşfə imza atmışdı. Həmin hörümçəyə Propellere F adını da qoymuşdu.

Fariz müəllimi bir obraz kimi tamamlayan Ələddinin çırağının içindən çıxan bədheybət Cinlə dost olan arvadıdır. Ailəsində digər bir tamamlayıcı surət yaşı 40-ı haqlasa da, hələ evlənməyən oğlu Mürşüddür. Yazıçı onun qəzet oxumağını çox uğurlu bir detal kimi vermişdir. Adama elə gəlir ki, əgər o, qəzet oxumayıb, internetə girsəydi, bəlkə də, həmin hörümçək barədə gözünə nəsə dəyərdi. Başqa bir tamamlayıcı obraz yaşadıqları binanın keşiyində mətanətlə dayanan qonşusu rus dili müəllimi Mürsəl Ağayeviçdir.

Hər şey arvadının qonşuları kimi evi özlərinin “remont” etmək təklifini irəli sürməsiylə başlayır. Ədalətsiz dünyanın qəribə işlərinə dəxli olan məsələlərdən biri də bu idi ki, onlar evin təmirinə vanna otağından başladılar. Sonuncu dəfə nə vaxt vanna qəbul etdiyi yadına gəlməyən Fariz müəllim həmin tarixi cümə günü – 1991-ci il birdən-birə vanna qəbul etmək qərarı verdi. Şah tutun kölgəsini xatırladan bu vanna qəbulu Fariz müəllimə nəsə çox böyük bir hadisə baş verəcəyini anlatmışdı. Ədalətsiz dünyanın qəribə işlərindən biri elə Fariz müəllimin vanna otağında gözlərini xəyal aləmindən açan kimi baş verir; yamyaşıl rəngli, sapsarı qanadlı, cəmi üç ayağı olan propeller kimi yanan həmin hörümçəyi görür. Fariz müəllim əmin idi ki, dünyadakı bir milyon iki yüz min həşəratı öyrənən entomologiya elmi bu hörümçəyi tanımır. Yüksək ixtisaslı araxnoloq olan Fariz müəllimə təbii ki, araxnologiyaya məlum olan bütün hörümçəklər də məlum idi.

Yazıçı əsərin əsl mahiyyətini o möcüzəylə bağlı suallarla ortaya qoyur: “Əgər bu möcüzəni kəşf etmək onun bəxtinə yazılmışdısa, o zaman nə üçün dünya entomologiyasının bundan xəbəri olmadı, yəni xəbəri olmadı ki, bu kəşfi ilk dəfə Jan Batist Effel yox, Azərbaycanda Fariz müəllim edib? Yox əgər Jan Batist Effelin adı qızıl hərflərlə dünya entomologiyasına həkk olunacaqdısa, o zaman nə üçün 1991-ci ilin avqustun 23-də o möcüzə Fariz müəllimin vanna otağında baş verir?”

Yazıçı bu sualların cavabını dünyanın ədalətsizliyinin içində tam bir əlacsızlıq olmasıyla versə də, əsl mətləb başqadır; Milli biganəlik. Maraqlı detal budur ki, hörümçəyin yuvası və ona aid olan heç nə tapılmır. Problem onda idi ki, onların yaşadığı beş mərtəbəli binada yeddi blok var idi, hər blokda da on mənzil. Bu yetmiş beş mənzildə axtarış aparmaq mümkün deyildi.

Bəlkə də, Azərbaycanda mümkün deyildi. Ola bilsin ki, yazarın diqqət çəkmək istədiyi məqamlardan da biri budur. Bəzən vacib olan, gərəkli olan nəyinsə əhəmiyyətini anlamamaq. Ümumiyyətlə, dünya üçün adi olan bəzi elmi fəaliyyət yönümlü məşğuliyyətlərə bizim ölkədə qəribə hal kimi yanaşılması sonradan böyük səhvlərlə sığortalanır.

Yazar bunu belə bir epizodla verir ki, Fariz müəllimin arvadının zibilliyə atdığı kafellərin arasında hörümçək axtarışına hesablanan eşələnməyinə qonşusu Mürsəl Ağayeviç təəccüblənir. Bu təəccüb azmış kimi, onların arasındakı dialoq da təbəssüm doğurur. Fariz müəllim salamsız-kəlamsız Mürsəl Ağayeviçdən onların vanna otağında hörümçək olub-olmadığını soruşur və təbii ki, əməkdar müəllimin də bundan əsəbiləşməsi  Fariz müəllimin elm aləmindəki bu böyük kəşfinə bundan sonrakı münasibətlərin başlanğıcı olur. İllər sonra o, bunu zarafat adlandırmağa məcbur olacaqdır.

Elmi-tədqiqat institutunda baş elmi işçi işləyən Fariz müəllim 3 gün ayaq döyəndən sonra dördüncü gün 17 ildir ki, direktor işləyən akademik Nurullayevə koridorda kəşfi barədə məlumat verə bildi. Elə əsərin toxunduğu ən böyük problem də burada üzə çıxır. Onun aldığı cavab bu olur ki, “Get, işinlə məşğul ol”. Nə olsun ki Fariz müəllimin işi elə bu idi?! Bir neçə gündən sonra hörümçəyi akademikə göstərdisə də, aldığı cavab yalnız bu oldu; “İnteresni!..”
Əslində maraqlı burası idi ki, o kəşfin özü də dünyanın “dağılması” anında baş verdi. SSRİ dağıldı, cəbhəçilər hakimiyyətə gəldi və ölkədəki bu dəyişiklik “Nobel”lik bir kəşfin özünütəsdiqinə də təsirsiz qalmadı. Hamı onun NƏSƏ kəşf etdiyini bilsə də, heç kəs bunun fərqinə varmadı. Belə anlarda Fariz müəllim məsələyə dəxli olan çox məntiqli bir qərara gəlir; “Təklik ancaq allaha yaraşır, insan gərək tək olmasın”. Məsələ burasındadır ki, Fariz müəllim bu kəşfi barədə azərbaycanca böyük elmi iş də yazmışdı. Ancaq onu nə ingilis, nə də rus dilinə tərcümə etdirib, çap etdirə bilməmişdi. Bir hissəsini “Elm və həyat” jurnalında nəşr etdirə bilmişdir.

Yeni direktor isə “Gələcək internetindir!” şüarı ilə yaşasa da, bunun Fariz müəllimə bir xeyri dəyməmişdi, çünki onun heç komputeri də yox idi. O, həmin hörümçəyin Jan Batist Effel tərəfindən yenidən kəşfini keçmişin qalığı olan qəzetdən oxumuşdu. “Bütün varlığını sarsıtmış o müdhiş xəbərdən sonra həmin gecə səhərə kimi fikrində gah Haqqa məhkəməsinə, Gah İsveç akademiyasına müraciət etdi, tutarlı şikayət ərizələri yazdı...” Həmin gecə Nurullayev yuxuda onu yanına səsləyirdi. Belə bir gecədə həmin hörümçəyin, həmin romantik uçuşunu sanki görür. Onun adını dəyişib tut ağacı mənasını verən Moraseae F qoyur. Onu etibar edib verəcəyi layiqli bir adam da tapa bilmədi. Əsl çatışmazlıqdan biri də bu idi. “Dünya ədalətsiz idi, Fariz müəllimin də o ədalətsiz dünya ilə mübarizə aparmağı Don Kixotun dəyirmanla mübarizəsi kimi bir şey idi...”

Fariz müəllim Şah Tutun Kölgəsi kimi yerindən tərpənə, özünü təsdiq edə bilməzdi. Jan Batist Effel isə Atlının kölgəsi kimi dünya elmini gəzməkdəydi. Buna görə də, Şah Tutun Kölgəsi Atlının kölgəsinə - “Mən də sənin kimi qul olmaq istəyirəm”- deyə qışqırdı. Yəni məni özünütəsdiqə apara biləcək bir atlının kölgəsi olmaq da xoşbəxtlik imiş. Şah Tutun heç kəsi xatırlamayan ömrü gün yerini dəyişdikcə dəyişirdi, kiçilirdi, böyüyürdü, amma tutun ətrafından bir addım da kənara çıxa bilmirdi. Şah Tutun ömrünün sonu onun Kölgəsinin də ömrünün sonu olacaqdı. Dünyadakı bütün kölgələrin sonu belədir, onların ömrü özlərindən asılı deyil. Şah Tut yalnız dənizin kölgəsi olmadığını eşitmişdi...
 

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.