Günel İmranın "Qapqara günəş" kitabı nəşr olunub
24.12.15
"Qanun" nəşrlər evində gənc yazar Günel İmranın "Qapqara günəş" adlı kitabı nəşr olunub.
“Qapqara günəş” Vəkil adlı gənc haqqında qəribəliklə və müəmmalarla dolu, gözlənilməz sujet xətti olan povestdir. Adının sənədlərdə təhrif olunması povestin qəhrəmanının taleyinə necə təsir edir? Günlərin bir günü isə içinə düşdüyü qaranlıq onun həyatının dönüş nöqtəsi olur. O, günəşi tapa biləcəkmi? 96 səhifəlik povestin redaktoru Təhminə Bədəlovadır. Kitabı mağazalardan 2 manata əldə etmək olar.
Qeyd edək ki, bundan əvvəl Günel İmranın "Qanun" nəşrlər evində "Məni kim öldürdü" adlı romanı çap olunmuşdu.
Avanqard.net
|