Kamran Nəzirlinin yeni romanı çapdan çıxıb
22.12.15
“Mütərcim” nəşriyyatı yazıçı Kamran Nəzirlinin yeni kitabını - "Dördüncü möhür” romanını çap edib. Bu, qısa hekayələr müəllifi kimi tanınan müəllifin ilk iri həcmli əsəridir.
Roman 33 fəsil, 464 səhifədən ibarətdir. Maraqlı süjet xətti olan bədii-fəlsəfi-psixoloji məzmuna malik bu əsərdə yazıçı tarixi faktlardan və sənədlərdən də istifadə edib. Romanın əsas qəhrəmanı Banu iki dəfə qaçqınlıq həyatı yaşamış gənc azərbaycanlı qızıdır. Yeniyetməlik çağlarından bəri taleyin bütün ağır zərbələrini – baba, ata, əmi, oğul və digər qohumların itkisini yaşamış bu gənc qız sınmır, Türkiyədə tibbi təhsil alır, Vətənə dönür, klinikada işə düzəlir, inadla elmin dalınca düşür...
Kitabı Bakı Kitab Klubundan əldə etmək olar. /Azərtac/
|