Tanınmış şair yaşayışından gileyləndi: “İş tapa bilmirəm”
17.12.15
Hazırda Yevlax şəhərində yaşayan tanınmış şair Mahir Mehdi uzun müddətdir işsizlikdən əziyyət çəkir.
O, açıqlamasında iki ildən artıqdır Yevlaxda işsiz qaldığını və bunun onun həyat şəraitinə də mənfi təsir göstərdiyini qeyd edir:
“Neçə vaxtdır burdayam. İş üçün çox yerlərə müraciət etmişəm. Dövlət müşaviri Kamal Abdullaya da iş üçün zəng etdim. Bir neçə məsul yerlərə də baş vurdum. Amma hələ ki nəticəsi yoxdur”.
Mahir Mehdi uzun müddət Bakıda müxtəlif mətbuat orqanlarında, əsasən də “Azadlıq” qəzeti və “Ulduz” jurnalında çalışıb. Son iş yeri isə lent.az xəbər portalı olub.
Elmin Nuri, Modern.az
|