Problemlərin həllində vətəndaş təşəbbüslərinin dəstəklənməsi
11.12.15
Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Problemlərin həllində vətəndaş təşəbbüslərinin dəstəklənməsi” adlı layihənin icrasını başa çatdırmışdır.
Layihənin məqsədi yerli əhəmiyyətli sosial problemlərin müəyyənləşdirilməsində və onların həll edilməsində QHT-lərin, ictimai birlik və təşkilatların rolunun artırılması modelinin hazırlanmasına və tətbiq edilməsinə nail olmaqla sosial problemlərin həllinə dəstək verməkdən ibarət olmuşdur. Layihənin icrası Goranboy, Şəmkir, Qəbələ, Oğuz və Şəki şəhərlərinin hər birindən seçilmiş 3 bələdiyyə və məhəllə komitələrini əhatə etmişdir.
Layihənin rəhbəri Zərifə xanım bildirir ki, təhlillərimiz belə nəticəyə gəlməyə əsas verir ki, respublikamızda mövcud olan ictimai- siyasi stabillik və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsinə yaranmış əlverişli şərait hesabına məhəllə-rayon səviyyəli ictimailəşmiş sosial problemləri QHT-lərin dəstəyi ilə yerli bələdiyyələrin və ictimaiyyətin köməyi ilə həll etmək mümkündür. Dünya təcrübəsidə təsdiq edir ki, əsasən o ölkələr tərəqqiyə nail olurlar ki, orada insan resurslarından səmərəli istifadə edilir.
|