“Dədə Qorqud” eposu polyak dilində nəşr olunub
10.12.15
Azərbaycanın Polşadakı səfirliyi tərəfindən “Dədə Qorqud” eposu polyak dilində nəşr olunub.
Səfirlikdən bildirilib ki, “Azərbaycan eposları” seriyasından polyak dilində “Dədə Qorqud” dastanı İSBN kodu ilə işıq üzü görüb.
Azərbaycanın Polşadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Adam Mitskieviç adına Poznan Universitetinin birgə əməkdaşlığı nəticəsində nəşr olunan kitab Polşanın mərkəzi və universitet kitabxanalarına göndərilib. /Azərtac/
|