UNESCO “Koroğlu”nu Türkmənistana verdi
08.12.15

“Koroğlu” dastanı türkmən eposu kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahına daxil olub. Kulisin xarici mətbuata istinadən verdiyi məlumata görə dekabrın 3-də Namibiyanın paytaxtı Vindhuk şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında təşkilata üzv dövlətlər tərəfindən təqdim edilən nominasiyaların müzakirəsi baş tutub.
 
Türkmənistanın hazırladığı “Koroğlu dastan sənəti” nominasiya faylı qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiyanın bütün kriteriyalarına cavab verib.
 
Konvensiyada Azərbaycan tərəfindən təqdim olunan “Lahıc misgərlik sənəti” nominasiyası da UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
 
Ümumilikdə siyahıya 18 ölkə adəti əlavə edilib.
 
“Koroğlu” dastanının Türkmənistan tərəfindən təqdim edilməsinə münasibət bildirən folklorşünas alim, professor Məhərrəm Qasımlı bildirib ki, əslində o nominasiyanın Azərbaycan “Koroğlu”su ilə elə bir əlaqəsi yoxdur: “Yaxşı olardı ki, vahid “Koroğlu” layihəsi olsun, Azərbaycan “Koroğlu”su, Anadolu-Türkiyə “Koroğlu”su, türkmən “Koroğlu”su, özbək “Koroğlu”su bunlar hamısı bir yerdə bir layihə kimi təqdim edilsin. Amma indiki halda gördüyümüz kimi, tükmənlər layihənin işlənməsinə razı deyillər. Biz Azərbaycan layihəsini hazırlamışıq. “Koroğlu”nun Azərbaycan layihəsinin müəllifi əslində mənəm. Sadəcə olaraq buna türkmənlər yaxın durmadılar, layihəni birlikdə keçirməyə razı olmadılar, ancaq öz layihələrini keçirmək istədilər.”
 
Məhərrəm Qasımlı daha sonra əlavə edib ki, gələcəkdə yəqin ki, Azərbaycan və özbək layihələri də ayrı keçəcək. O, bunun uyğun və uyğun olmayan tərəflərinin olduğunu əlavə edib: “Uyğun tərəfi odur ki, bunlar ayrı-ayrı versiyalardır. Azərbaycan “Koroğlu”su mahiyyət etibarı ilə türkmən “Koroğlu”sundan və ya özbək “Koroğlu”sundan versiya səviyyəsində uzaqdır. Yəni bunu variant hesab etmək olmaz. İndi ada baxın. Bizdə Korun oğlundan Koroğlu yaranıb, orda isə gordan, məzardan tapılan uşağa görə Goroğlu adlandırıblar. Hər iki dastan zahirən bir-birinə oxşayır, mahiyyət etibarı ilə isə fərqlidir. Eləcə də epik və poetik mətnlər uzaqbaşı 30 faiz üst-üstə düşür, 70 faiz bir-birindən uzaqdır, aralıdır. Amma mifoloji anlamda yanaşsaq bu versiyaların hamısının bir nöqtəyə gedib çıxdığını görmək mümkündür. Zaman içində bunlar ayrı-ayrı hadisələr halına gəlib, Azərbaycan “Koroğlu”su var, türkmən “Koroğlu”su var, özbək “Koroğlu”su var və sair. Ümumi arxetipi müəyyənləşdirmək baxımından hamısını bir yerə bağlamaq lazım idi, amma bütövlükdə isə ayrı-ayrı hadisələr şəklində bu gün Azərbaycan epos qəhrəmanı kimi Azərbaycan “Koroğlu”su, özbək epos qəhrəmanı kimi özbək “Koroğlu”su, türkmən epos qəhrəmanı kimi türkmən “Koroğlu”-“Goroğlu”su mövcuddur. Bunu danmaq olmaz. Bir halda ki, türkmənlər onu ayrı keçiriblər, biz də ayrı təqdim etməyə məcburuq. Əslində gərək UNESCO-da da mütəxəssislərlə hesablaşaydılar. Çünki mifoloji kökü bir olan hadisələrdir. Zaman içində bir-birindən bu qədər uzaqlaşıb, ayrılıblar. Milli differensasiya gedib, nəticədə, ayrı-ayrı milli eposlar əmələ gəlib. Türkmənlərin milli eposu “Goroğlu”, bizim milli eposumuz “Koroğlu”dur. Zaman içində yəqin bizim layihə də təqdim ediləcək və UNESCO-da öz yerini bu şəkildə tutacaq.”  /Kulis/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.