Şərif Ağayara və Nərmin Kamala “Rafiq Tağı mükafatı” verildi
23.11.15
Bu gün mərhum yazıçı Rafiq Tağının anım günüdür. Məlumatına görə, faciəli vəfatının 4-cü ildönümündə tanınmış yazarlar, media nümayəndələri, oxucular yazıçının məzarını ziyarət ediblər. Tədbirdə şair Rasim Qaraca, jurnalistlər Əvəz Zeynallı, Rövşən Hacıyev, yazıçı Azad Qaradərəli və digərləri çıxış edərək Rafiq Tağının nəsr və publisistika yaradıcılığından söz açıblar, onun Azərbaycan maarifçiliyindəki yerini dəyərləndiriblər. Daha sonra “Dalğa” Gənclər Təşkilatının həmtəsisçisi Ramin Hacılı çıxış edərək təşkilatın ənənəvi “Rafiq Tağı mükafatı”nı sahiblərinə təqdim edib. Lauretlar arasında Kulisin redaktoru, yazar Şərif Ağayar da var. Mükafat ona maarifçi fəaliyyəti və son birildəki fəal yaradıcılığına görə verilib. Qalan iki mükafat isə yazıçı Nərmin Kamal və “Qanmun” nəşriyyatının direktoru Şahbaz Xuduoğluna verilib. Tədbirin sonunda R.Tağının ailə üzvləri ziyarətə gələn insanlara minnətdarlıq ediblər. /Kulis/
|