Nəriman Əbdülrəhmanlı və Paulo Koelho bir arada
11.11.15
"Qanun" nəşriyatında yeni kitablar nəşr olunub. Aşağıda həmin kitablar haqqında məlumatlar verilib.
NƏRİMAN ƏBDÜLRƏHMANLI - DÖNƏLGƏ
Kitabda ədəbiyyatımızın səksəninci illər nəslinə mənsub olan, oxucuların
əsasən sanballı romanları ilə tanıdığı Nəriman Əbdülrəhmanlının
müxtəlif illərdə qələmə aldığı seçmə hekayələri, “Göy adamı” povesti
(yaxud uzun hekayəsi) və “Dönəlgə” adlı kiçikhəcmli romanı toplanıb. Bu əsərlər orijinal mövzu seçimi, üslub müxtəlifliyi və dil zənginliyi baxımından diqqəti çəkir.
Hekayələr, povest və roman. Bakı, Qanun nəşriyyatı, 2015, 240 səh., 500 tiraj. 5.00 AZE Redaktor: Nurafiz
PAULO KOELHO - MAKTUB
“Maktub” romanı özündə dünya müdrikliyinin çox qiymətli fraqmentlərini
toplamış kitabdır. Müəllifin müxtəlif mədəniyyətlərdən və mənbələrdən
götürdüyü kiçik tarixçələr şifahi nəql etmə ənənələrinin rəngarəng
mənzərəsini yaradır. Müəllifin fikrincə, “Maktub” nəsihətlər toplusu
yox, təcrübə bölüşmək cəhdi, əsərin mütaliəsi isə düşüncələrə dalmaq
üçün gözəl fürsətdir.
Bakı, Qanun Nəşriyyatı, 2015, 256 səhifə, 1000 tiraj, 6.49 AZE, Tərcümə: Nəriman Əbdülrəhmanlı
|