Ernesto Gevara haqqında kitab çap olundu
26.10.15
JAN KORMYE - ÇE GEVARA
“Realist olun – mümkün olmayanı arzulayın!” (Ernesto Gevara)
Jan-Pol
Sartr onu “XX əsrin ən mükəmməl insanı” adlandırıb. “Çe” təxəllüslü
Ernesto Gevara 1928-ci ildə Argentinada dünyaya gəlib. 1956-cı ildə o,
Fidel Kastro və daha 80 inqilabçı ilə birlikdə Meksikadan Kubaya –
diktator Batistanı devirmək üçün yollanıb. Onun ruhu Maestra dağlarında
dolaşır: həkim, inqilabçı, alim, şair... “Bu insanı Tanrı yollayıb”, –
onun yanına müalicə üçün xəstə övladlarını gətirən kəndlilər deyirdilər.
Əzilən
insanlara yardım etmək arzusu onu Konqoya və Boliviyaya aparıb çıxarır.
1967-ci ilin 9 oktyabrında Boliviyada qətlə yetirilir.
Çenin obrazı
ədiblər üçün cəlbedicidir. Onun şəxsiyyəti haqda cəsarətlə söyləmək
olar: Çe bütün dövrlərin və bütün xalqların tarixinə adını həkk edib.
Təqdim
olunan kitabı yazıçı və “Parizyen” qəzetinin əməkdaşı olan jurnalist
Jan Kormye 8 il ərzində (1987–1995-ci illər) qələmə alıb. Onun
yazılmasında Ernesto Gevaranın qızı İldita və uşaqlıq dostu Alberto
Qranado da iştirak edib.
Bakı, Qanun Nəşriyyatı, 2015, 576 səhifə, 1000 tiraj, 11.99 AZN Tərcümə: Məmməd Süleymanov Redaktor: Əziz Rzazadə
|