Belarus Svetlana Aleksieviçin əsərlərini dərsliklərə qaytarır
23.10.15
2015-ci
ilin Ədəbiyyat Nobelini alan Belarus yazıçısı və jurnalisti Svetlana
Aleksieviçin əsərləri Belrarusun məktəb proqramına qaytarılacaq.
Bu
ölkənin təhsil naziri Mixail Juravkov bəyan edib ki, S.Aleksieviçin
əsərləri yenidən yuxarı siniflərdə - 10-11-ci siniflərdə icbari şəkildə
tədris ediləcək.
Nazir əlavə edib ki, S.Aleksieviçin əsərləri "ağırdır" və aşağı siniflərdə tədris olunması düzgün olmazdı.
Nazir
çıxışında S,Aleksieviçin əsərləri haqda xoş sözlər söyləyib, Belarusda
filologiya fakültəsi tələbələrinin onun kitablarına yaxşı bələd olduğunu
deyib.
Onun əsərləri məktəb proqramından 2000-ci ildə
çıxarılmışdı. Həmin il o, Lukaşenkonun prezident adminstrasiyası ilə
ictimai-siyasi mövzularda münaqişəsi, həmin münaqişədən doğan cinayət
işi olduğuna görə, ölkəni tərk etmiş, bir də 2011-ci ildə qayıtmışdı.
/ann.az/
|