Oxymoron.az istifadəyə verilib
21.10.15
Hal-hazırda ölkəmizdə 5 minə yaxın müxtəlif sahələrə aid internet-məlumat resursu fəaliyyət göstərir. Lakin təcrübə göstərir ki, inkişaf eyni zamanda ixtisaslaşmaya gətirib çıxarır. Bu mənada artıq bir saytda bütün sahələrin əhatə olunması lazımı nəticəni vermir.
Yeni istifadəyə verilən Oxymoron.az saytı da bəlli bir sahəni özündə cəmləşdirən və oxucunun mədəni zövqünü formalaşdıran internet media resursudur. Saytın təsisçisi və baş redaktoru, tanınmış jurnalist Murad Abitovdur. M.Abitov açıqlamasında saytda müxtəlif mədəniyyət ( kinolar, bədii filmlər…), ədəbiyyat (Nəsr, nəzm, yeni nəşr…), maraqlı məlumatların, texnologiyalarla bağlı yazıların, xəbərlərin dərc ediləcəyini deyib.
|