Elçin Hüseynbəyli - Bizim şəhərin siqnalları
21.10.15

Mən yaşayan bina “Vosmoy” adı ilə məşhur olan səkkizinci kilometrdəki yolayrıcına yaxındı...

Səhər tezdən pəncərəni açıram (söhbət yay aylarından gedir ha!). Sərin hava içəri dolur. Kondisionerlər müvəqqəti “arxivə” göndərilir. Bir az keçmiş pəncərəni açdığıma peşman oluram. Sərin hava ilə birgə maşın təkərlərinin səsi və siqnalları da içəri dolur.

Yerimin içində vurnuxuram, qurcuxuram, ayıb da olmasın, donquldanıram, siqnal sahiblərinə dişimin dibindən çıxanı deyirəm. Təbii ki, ürəyimdə. Birdən sakitləşirəm. Bay...bay... Mən nə zay adammışam. Heç gör ağlıma gəlib. İndiyə kimi ağlıma gəlsəydi, havayı yerə əsəb xərcləməzdim.

Nə özünü öldürürsən, ay dədə! Kənd görməmisən? Orda bundan da betər idi ki... Səhər açılan kimi birinci xoruzlar banlayırdı. Qonşularınkı da səs-səsə verirdi. Odey, banladı: quqqulu...qu...zığğıt...

Sən Allah, kobud ifadələrimə görə inciməyin. Bu, təhqir deyil, sadəcə bənzətmələrdi. Klassiklərimizdə hələ bundan da betərdi: Mirzə Ələkbərdə də belə bənzətmələr var, Mirzə Cəlildə də, hələ desən, Mirzə Fətəlidə də...Mirzə mirzədi də, əlində qələmi var. Hansı tərəfə döndərsən, ürəyin istədiyini yazacaq.

Nəsə.

Kənddə səhərlər daha nələr olurdu? Sonra itlər hürüşürdü. Elə bil yarışa giriblər... Eşitmirsən?.. Hürhahürdü...hart...hart...hart... Elə hesab elə ki, “Vosmoy”un bazarı Qurbanəligilin evidi. İtləri də hürə-hürə bəri gəlir, “kruqa” tərəf.

Kənddə əsl zırıltı günorta başlayırdı. Eşşəklər səs-səsə verirdi. Hamı da öz eşşəyini səsindən tanıyırdı. İa...ia...ia...

İndi də elə.

“Vozduşka” siqnallı avtobusların sürücüləri, sanki yarışa giriblər. Azı on dəfə siqnal verməsələr, bağırları çatlar.

Bir deyən yoxdu ki, ay balam, nə haydı. Qarşıdakı maşın tərpənmirsə, deməli, bir səbəb var də.

Amma heç kim fərqinə varmır ki, ətraf insanlarla doludu. Onların xəstəsi də var, körpəsi də.

Kimə deyirsən. İndi danışan, siqnal verən eşidənlərdən çoxdu: “Mənə yol ver, mən gəlirəm, çəkil, vəssalam...”

Aha, dava düşdü. Arxadakı avtobusun sürücüsü qarşıdakının üstünə cumdu. “Ay can, ay can! Nə bir oldu!” Əl-qolunu ölçə-ölçə nəsə dedi və qayıtdı yerinə. Yenə də siqnalla ki, siqnallayasan.

Aha biri də o biri tərəfdən siqnalladı...

Ay səni, vay səni!..

Bütün kənd burdaymış ki!..
 /525.az/

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.