YYSQ-nin Elektron təhsilin təbliği layihəsi başlandı
06.10.15

Sosial şəbəkələrdə ektron təhsilin təbliği ilə bağlı fəaliyyətlərin genişləndirmək, sosial şəbəkələrdə elmi-intellektual sərvətlərimizi, sahə-peşə ədəbiyyatını, araşdırma, tədqiqat işlərini təbliğ etmə üçün ayrıca virtual resurs yaradıldı: https://www.facebook.com/YeniYazarlar
 
Bu günlərdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (#AzGF) maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi “Elektron təhsilin təbliği: rəqəmsal dərsliklərin hazırlanması” layihəsi həyata keçirməyə başlanılıb. YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov layihəylə bağlı açıqlama verib.

- Azərbaycanda, eləcə də dünyanın hər yerində yaşayan yeniyetmə və gənclərə öz biliklərini artırmaq, həmçinin cavan mütəxəssislərə əvvəliki ixtisaslarını dəyişmək, yeni bilik, səriştə və vərdişlər, peşə sirlərinə yiyələnmək üçün elektron - məsafəli təhsilin, onunla bağlı intellektual İnternet resurslarının və elekton kitabların, e-dərsliklərin rolu əvəzedilməzdir. Xaricdə yaşayan soydaşlarımız, o cümlədən ölkəmizdəki yeni nəsil nümayəndələri, əlaxüsus qayğıya ehtiyacı olan gənclərin yaradıcılıq qabiliyyətlərinin və təhsil imkanlarının artırılması üçün milli-mənəvi dəyərlər, Azərbaycançılıq məfkürəsi baxımından milli dəyərlərə - ictimai-humanitar, elmi-mədəni sərvətlərimizə söykənən elektron təhsilin, e-kitabların rolu get-gedə artmaqdadır. O mənada geniş kütlələr - yeniyetmə və gənclər arasında elektron təhsilin təbliğinə böyük ehtiyac duyulur. Bu sahəylə bağlı yeni rəqəmsal elektron kitab və e-dərsliklərin hazırlanması, xüsusi İnternet resursları vasitəsilə geniş kütlələrə təqdimatı sahəsində boşluqlar və gerilləmələr get-gedə artır.

Azərbaycanda elektron - məsafəli (distant) təhsil kifayət qədər təbliğ olunmadığına, eləcə də onun üçün lazım olan intellektual-elmi İnternet resurslarının yaradılmamasına görə bütün dünyada geniş vüsət tapmış, xüsusi qayğıya ehtiyacı olan gənclərin yaradıcılıq qabiliyyətlərinin və təhsil imkanlarının artırılması üçün əhəmiyyəti böyük sayılan bu yeni innovativ - alternativ təhsil ölkəmizdə zəif inkişaf edib. Son illərin urbanizasiya prosesləri, - şəhərə axını, kəndlərin boşalması nəticəsində şagird çatışmamazlığı bəzi məktəblərin bağlanmasına səbəb olub. Eləcə də Rusiyada, Cənubi Azərbaycanda, Gürcüstanda, Türkiyədə, bir sözlə, dünyanın hər yerində yaşayan 45 milyon soydaşımız yaşayır. Elektron təhsil, İnternetüstü öyrətmə məhz bu insanlara, xüsusən vaxtının çoxunu şəbəkədə keçirən gənclərimizə daha böyük imkanlar verir.

Layihə sadalanan problemlərin həllinə kömək etmək, ictimai müzakirələr və müxtəlif formalarda təbliğatlar vasitəsilə mövzunu aktuallaşdırmaq, eləcə də yeni elektron vəsaitlərin - e-dərslik və rəqəmsal nəşrlərin yaradılmasına istiqamətlənib. Yeniyetmə və gənclər arasında elmin müxtəlif sahələrinin populyarlaşdırılmasna, intellektual düşüncənin İnternet resurslarında tanıtımına, elektron - sosial şəbəkə resurslarında, e-kitabxanalarda gənc alimlərin e-kitablarını, araşdırma və tədqiqat yönümlü əsərlərinin rəqəmsal formada hazırlanaraq yerləşdirilməsinə, intellektual-elektron resurs-mərkəzin yaradılması kimi məsələlər elektron təhsilin əsas tələblərindəndir. Yeni İnternet alətləri - imkanlarından yararlanmaqla ikinci peşəyə, ölkəmiz və cəmiyyət üçün lazım olan faydalı ixtisaslara yiylənmək mümkündür. Əsas fəaliyyət is, sözsüz, Azərbaycan pedoqoji-elmi ictimaiyyətinin, xüsusən də yeni nəsil intellektualların elmi araşdırmaları, məqalələri, dərslikləri, həmçinin tədqiqat əsərlərinin bir resursda cəmləmək, bəzilərini tərcümə etmək, elektron kitabxanada və İnternet resurslarında yerləşdirmək, eləcə də müxtəlif universitet, ictimai qurumlar, eyni zamanda sosial şəbəkələrdə tanıdılması, təqdimatı, ölkəmizin geniş ictimaiyyətinə, gənc nəslə, diaspor dairələrinə çatdırılmasını hesablanıb. Müasir gənclik yazını, kitabı, dərsliyi, mətni, bilgini daha çox innovativ saydıqları İnternet resurslarından – elektron kitabxanadan alır. Peşə, sahə və elmi kitabların tirajının 200-500 ədədi keçmədiyi bir vaxtda saysız insanın yararlandığı, e-kitabların toplandığı İnternet resurslarının, e-kitab və rəqəmsal dərsliklərin hazırlanması, 45 milyonluq soydaşımıza çatdırılması asan və ucuz başa gəlir.

Son nəticədə yeni nəsil kreativlər layihəsonrakı bilgilərini həmyaşıdları arasında yaymaqla ümumən cəmiyyətimizdə yüksək dəyərlərin təbliğinə xidmət etmiş olurlar. Layihə Azərbaycanda və xaricdə yaşayan məktəblilər, yeniyetmələr, gənclər, alimlər, araşdırmaçılar, tədqiqatçılar, xüsusi qayğıya ehtiyacı olan gənclər, yaradıcılıq qabiliyyətlərinin və təhsil imkanlarının artırılmasına alternativ - elektron təhsil vasitəsilə çalışan tələbələr, magistr, doktorantlar, tərcüməçilər, məsafəli təhsillə maraqlananlar, eləcə də İnternet istifadəçiləri, kitabxanaçılar, müəllimlər əhatə edəcək.

Nəzərə alsaq ki, elektron təhsil Azərbaycan üçün yeni format sayılır, eksperiment kimi ilk əvvəl Bakı və Abşeronda (real), eləcə də İnternet - sosial şəbəkələrüstü virtual - elektron aləm vasitəsilə layihənin həyata keçirilməsi nəzərdə tutulur. Uğurlu nəticələrinə görə gələcəkdə bölgələrdə də bunu davam etdirmək planlaşdırlır.
Layihə çərçivəsində aşağıdakı işlərin görülməsi nəzərdə tutulub:

1. İctimaiyyətin nümayəndələri və pedaqoqların, KİV iştirakı ilə elektron təhsilin təbliğatı ilə bağlı müzakirələrin təşkil edilməsi.

2. Elektron təhsil üçün e-kitab və e-dərsliklərin Azərbaycan və xarici dillərdə elektron formatda nəşrə hazırlanması, onları İnternetdəki milli və qlobal resurslarda yerləşdirməsi.

3. İnternetdə, eləcə də virtual - sosial şəbəkələrüstü e-kurs və resurs-mərkəzi təşkil etməklə, xüsusi qayğıya ehtiyacı olan gənclərin yaradıcılıq qabiliyyətlərinin və təhsil imkanlarının artırılmasına, yaradıcı elmi istedadların biliklərini çoxaldılmasına, elmin populyarlaşmasına çalışmaq.

4. Gənclər, yeni nəsil nümayəndələri arasında elmi-intellektul, əqli-zehni yaradıcılığını inkişafına təkan vermək məqsədilə sosial şəbəkələrdə e-fəaliyyətin təşkil etmək. Sosial şəbəkələrdə elmi-intellektual sərvətlərimizi, sahə-peşə ədəbiyyatını, araşdırma, tədqiqat işlərini təbliğ etmək.

5. Azərbaycanca e-kitabların, müxtəlif dillərdə rəqəmsal e-dərslik və nəşrlərin hazırlanması, onların İnternetdə, sosial şəbəkələrdə e-sərgisinin və tanıtımının təşkil etməklə yeni nəslin əqli-zehni, peşə-ixtisas inkişafına təkan vermək.

6. Müxtəlif ali təhsil ocaqlarında, başqa yerlərdə, kitabxanalarda real görüşlər vasitəsilə intellektual-innovativ dəyərlərin təbliğinin təşkili, universitet, kitabxana, məktəb, lisey və ictimai qurumlarda görüşlərin, debatların keçirilməsi.

7. İnternet, e-kitabxana, müxtəlif sosial şəbəkələrdə ektron təhsilin təbliği ilə bağlı fəaliyyətlərin genişləndirmək, sosial şəbəkələrdə elmi-intellektual sərvətlərimizi, sahə-peşə ədəbiyyatını, araşdırma, tədqiqat işlərini təbliğ etmək.

8. www.kitabxana.net - Milli Virtual Kitabxanada ayrıca "Elektron təhsil - e-dərsik" - resurs bölümünü yaratmaq, virtual tələbələrin sərbəst istifadəsinə vermək. Gənclər üçün e-kitablardan ibarət mini elektron kitabxana – İnternetdə ədəbiyyat resursu və sosial şəbəkədə gənc elmsevərlərin köməyilə dünya intellektual dəyərlərini, elektron təhsilin təbliğ etmək, orta və ali məktəblərdə, müxtəlif yerlərdə ictimai təqdimatların keçirmək

9. Uşaq, yeniyetmə və gənclərə, İnternet istifadəçilərinə yeni e-elm və e-intellektual vərdişlərini aşılamaq. Real tədbirlər vasitəsilə elektron təhsilin və elm və bilginin innovativ təbliğini aparmaq, çağdaş elmi ədəbiyyatı, yüksək intellektual dəyərləri tanıtmaq.

10. Elektron təhsilə maraq göstərən gəncləri və soydaşlarımızı milli İnternet resurslarını zənginləşdirməyə həvəsləndirəcək, çağdaş Azərbaycan dünya elmi, intellektual ədəbiyyatı, elektron kitab, e-dərslik, rəqəmsal nəşrlər - düşüncə texnologiyası ölkəmizdə, eləcə də anadilli məkanlarda yayılmasını təşviq etmək. Bu istiqamətdə İKT texnologiyalarından, məsafəli - elektron təhsildən yararlanaraq, gənclərə innovativ şəbəkə - elektron təhsil, e-oxu və e-yazı mədəniyyəti aşılanacaq, elmi sərvətimizin zənginləşməsinə təkan verəcək, alimlərimizin elmi əsərləri beynəlxalq aləmə çıxarılmasına, dünya ictimai-mədəni, kulturoloji-intellektual ictimaiyyətinin tanınmış nümayəndələrinin yaradıcılığı mili estetik-intellektual xəzinəsinə əlavə edilməsinə çalışılacaq.

Elektron təhsillə bağlı ictimai müzakirələr və real-virtual təbliğat aparılacaq, ana dilimizdə elmin müxtəlif sahələrinə aid rəqəmsal formada hazırlanan elektron kitablar, e-nəşrlər İnternetdə yerləşdiriləcək, intellektual gənclər və yeniyetmələrlə yanaşı, dünyanın hər yerində yaşayan, təhsil almaq istəyən soydaçlarımız onlardan bəhrələnəcək. Yeni milli, həmçinin dünya elmi-mədəni düşüncəsi, sahə-peşə e-kitabları, ənənəvi kitabların, dərsliklərin elektron variantları hazırlanaraq ayrıca İnternet resurslarında yerləşdiriləcək, istənilən istifadəçi üçün açıq olacaq. KİV - mətbuat və televiziyanın, habelə layihədə yaradıcı-texniki əməyi olan şəxsləri, elm sahəsində çalışan gənc alimlərin, tədqiqatçıların, kitabхana və elektron təhsil mütəxəssislərinin, eləcə də QHT nümayəndələrinin, hökumət rəsmilərinin də dəvət olunacaq elmi konfrans - təqdimat mərasimi keçiriləcək. İnternetdəki virtual resurs-mərkəz geniş ictimaiyyətə təqdim olunacaq, Milli Kitabхanaya, Mədəniyyət və Turizm Nazirliyinin və Təhsil Nazirliyinin şəbəkələrində yaymaqdan ötrü, həmçinin Bakı Dövlət Universitetinin, eləcə də AMEA-nın elmi-tədqiqat institutlarının, Azərbaycan Pedaqoji Universitetinin kitabхanalarına, xarici ölkələrdəki səfirliklərə, dünyanın aparıcı elm və ali təhsil ocaqlarına, Azərbaycanın xarici ölkələrdəki elçiliklərinə, diaspor qurumlarına layihə barədə geniş elektron məlumatlar ötürüləcək, hazırlanan e-dərslik, e-kitab və başqa rəqəmsal nəşrlər təqdim olunacaq.

"Elektron təhsil" resurs mərkəzi İnternetdə, elektron kitabxanada, eləcə də sosial şəbəkələrdə onlayn-oflayn yayımlanacaq - məsafəli fəaliyyət göstərəcəkdir. Elektron kitablardan ibarət virtual sərgi təşkil olunacaqdır. Mütəхəssislər tərəfindən bu layihənin həm peşəkar elm dairələri, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradacaq.

Gələcəkdə elmin və intellektual ədəbiyyatın müxtəlif sahələrinə aid sahə elektron kitabxanaları, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək resurslar yaradılacaq, Milli Virtual-Elektron Kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı-faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcəkdir.

Layihənin sonrakı mərhələsində elmi-kütləvi əsərlər, eləcə də tərcümə əsərləri, milli intellektual nümunələri portalda xüsusi yer ayrlacaq. Sonuncu mərhələ kimi dərslik, dərs vəsaitləri, kitablarınn elektron versiyası hazırlanır və İnternetdə yerləşdirilir ki, bu layihə bitdikdən sonra sayt vasitəsilə davamlılığını təmin edir.

Təhsil və ictimai sektor, müxtəlif nəsil gəncləri, gənclər QHT-lərini əhatə etməklə, təhsil müəssisələri, elm ocaqları, xarici ölkələrdəki diaspor və milli mədəniyyət mərkəzləri ilə geniş bilgi, e-kitab, ədəbiyyat, intellektual əlaqələr yaradılacaq, Azərbaycan haqqında, onun milli-mənəvi, ədəbi-mədəni, tarixi-kulturoloji dəyərlərinin, sərvətlərinin dünyada tanıdılması istiqamətində ən yeni texnologiyalardan bəhrələnərək geniş fəaliyyət davam etdiriləcəkdir.

Məlumat üçün bildirək ki, layihəni həyata keçirən YYSQ 15 ildir ki, respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, elm, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni mass-media və İnternet fəaliyyəti ilə məşğul olur. 13 dəfə Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirib, 10 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələri həyata keçirmişdir. Hazırda İnternetdə və ictimai düşüncədə “Virtual Azərbaycan” layihəsini gerçəkləşdirir. YYSQ-nun bu dəyərli layihəsi əsasında www.kitabxana.netünvanlı Milli Virtual-Elektron Kitabxana - İnternet portalı yaradılıb və fəaliyyət göstərir. İnternetdə və sosial şəbəkələrdə 20-yə yaxın resursları fəaliyyət göstərir. İndiyəcən bir neçə kurs yaradıb və 500-dən artıq elektron kitabı hazırlayaraq İnternet istifadəçilərinin azad istifadəsinə təqdim edilib. YYSQ-nin fəaliyyəti milli, eləcə də dünya mədəniyyətini və ədəbiyyatını həm ölkə daxilində, həm də xaricdə təbliğ etmək, yeni nəsil yaradıcı insanların əqli-intellektual, sosial və müəlliflik hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərmək, sənət adamlarının yaradıcılığını cəmiyyətə tanıtmaq, çağdaş mədəniyyəti və ədəbiyyatı inkişaf etdirməklə milli kulturoloji-intellektual düşüncənin zənginləşməsinə yardımçı olmaq, mədəniyyətlərarası dialoqu, sivilizasiyaların inteqrasiyanı gücləndirməklə qloballaşan dünyada Azərbaycanın inkişafına, estetik-bədii irsini yüksək səviyyəyə çatdırmaqdır. YYSQ fəaliyyət istiqamətlərinə uyğun olaraq ədəbi-mədəni, kulturoloji hadisələr gerçəkləşdirir, hüquqi-mədəni maariçilik, gənc yaradcı insanlarin ictimai maraqlarını ifadə edir, mədəniyyətlə, ədəbiyyat, İnternet, sosial şəbəkələr, virtual resurslar, elektron kitabxanalar, kreativ innovasiyalarla bağlı kulturoloji layihələri hazırlayır və həyata keçirməklə qarşısına qoyduğu məqsədlərə çatmağa çalışır.

#YYSQ Yeni Yazarlar və Sənətçilər Qurumunun Analitik-İnformasiya Bölümü

Elektron təhsilin təbliği: rəqəmsal dərsliklərin hazırlanması - e-resurs
E-mail: [email protected] Tel: (+994) 050 2134043, (+994) 0702134043, 53803 17
 

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.