Boris Pasternak - Qış gecəsi
30.09.15
"Avanqard.net" Rasət Pirisoyunun tərcüməsində Boris Pasternakın "Qış gecəsi" şerini təqdim edir.
Qış gecəsi
Yer üzü çovğunundu, qarlıydı axşam, Masada şam yanırdı, Yanırdı bir şam.
İşığa hücum çəkən pərvanələr tək, Qarı pəncərələrə çırpırdı külək.
Şaxta naxış salırdı Şüşəyə müdam, Masada şam yanırdı, Yanırdı bir şam
Tavandakı kölgələr Qarışmışdılar, Qollar, qıçlar, talelər, Sarışmışdılar..
Ağ da, boz da itmişdi, çovğunda tamam. Masada şam yanırdı, Yanırdı bir şam.
Bir cüt başmaq düşürdü, Yerə taq-taraq, Dona mumdan göz yaşı tökürdü çıraq.
Əsirdi şama sarı Düz küncdən külək, Şam da qanadlanırdı, Xaçlı mələk tək.
Fevral qarlı keçirdi, Bir aydı tamam. Masada şam yanırdı, yanırdı bir şam.
|