Turan İsayeva - Ən çətini göz -gözə gəlmək deyilmi?
22.09.15
Gecələrcə sətir-sətir yazdığını Bir gedişdə silmək idimi unutmaq? İnanmıram. Belə rahat olmamalıydı məncə Gözüyaşlı bir qəlbi Bir-iki sözlə ovutmaq. Ömrünə yaraşdırdığını Necə hissdi qram-qram, damla-damla qurutmaq? Mümkündürmü? İnanmıram. Mümkün deyil eşqə yanan bir ürəyi Bircə qışla, bir mövsümdə soyutmaq. Gözü yolda qalan qəlbə Hansı cümlə məlhəm olar? Yalan sözdü bəhanələr. Çətin işdir yaraları sağaltmaq. İnanmıram. Ən çətini göz -gözə gəlmək deyilmi? Gözləmədiyin anda gülüşlərin arasına Göz yaşı sıxışdırmaq deyildimi ayrılıq? Ən rahatı yaraları qanatmaqdı. Sağalarmı? İnanmıram, inanmıram.
|