Azərbaycanda Rusiya filmləri həftəsi keçiriləcək
21.09.15
Oktyabrın 1-dən 7-dək Azərbaycanda Rusiya filmləri həftəsi keçiriləcək.
Bu barədə Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən məlumat verilib. Tədbir Rusiyanın Mədəniyyət Nazirliyi və "Kinofest" prodüser mərkəzi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil olunub.
Azərbaycanla Rusiya arasında mədəniyyət və kinematoqrafiya sahəsində əlaqələrin möhkəmləndirilməsinə yönələn film həftəsinin təntənəli açılış mərasimi Nizami Kino Mərkəzində keçiriləcək.
Mərasimdə Rusiya kinematoqrafçılarının nümayəndə heyəti iştirak edəcək. Həftə ərzində müxtəlif janrda olan müasir rus kinofilmləri nümayiş etdiriləcək. /AZƏRTAC/
|