Nicat Həşimzadə - Dünyagörüşünün formaları
18.09.15

Fəlsəfədən bizə məlumdur ki, dünyagörüşünün  4 əsas forması var.

1).    Mifoloji dünyagörüşü qədim əfsanələrə, totem və ovsunlara, müxtəlif rəvayətlərə əsaslanır. Müasir dövrdə mifoloji dünyagörüşünə əsaslanan çox az saylı xalqlar mövcuddur.  Lakin ən müasir təfəkkürlü xalqda belə miflərə inanan fərdlər mövcuddur.

2).    Dini dünyagörüşü həm keçmiş zamanlarda həm də indi insanları daha çox xoşbəxt edir. Səbəb bəllidir. Çünki dini təfəkkürə sahib insan üçün  dünyanın bütün gözəlliklərinin və bütün iyrəncliklərinin yeganə  səbəbkarı Tanrıdır. O, hadisələrin, varlığın mahiyyətini anlamaq üçün zəhmət çəkmir. Tanrı məsləhət bilibsə dünya dağılmalı, hər kəs ölməlidir. Dindarlar ən dəhşətli anları belə Tanrının məsləhəti bilib susmağa üstünlük verirlər. Amma ən adi suallara cavab tapa bilmirlər. Məsələn onlardan soruşa bilərsiz:
- Yeməyi insana qadağan olunan alma ağacını Tanrı hansı məqsədlə yaratmışdı. Əgər bu bir sınadırsa deməli Tanrı öz yaratdığı varlığa inanmır. Yerə ən yaxın olan ulduz materiyanı ən müsbət halda 4 ilə işıqlandıra bilərdi. Bibliyasa yazır ki, Tanrı ulduzları yaratdı və həmin an bəşəriyyət nura qərq oldu. Bibliya deyir ki, bəşəriyyətin 6 min il yaşı var. Amma elm sübut etdi ki, bəşəriyyətin yaşı yüz milyona yaxındır. Sonradan bu rəqəmlər daha da artdı.. Müqəddəs kitablar yazır. Tanrı əfv edəndir, O, bağışlamağı sevir. Siz də kinli olmayın, bağışlayın. Adəmlə Həvvanısa bağışlamadı. Tövratdasa yazılır ki, Misir fironu İsrail xalqına zülm edirdi. Musa bir neçə dəfə Misir fironuna müraciət edir ki, İsrail xalqının ölkədən çıxmasına izn versin. Firon onunla razılaşmır. Tanrı isə fironun bu hərəkətinə görə bütün xalqı cəzalandırır. Bu qərar ədalətsiz deyilmi? Müqəddəs sayılan kitabları oxuyandan sonra bu nəticəyə gəldim.

" Tanrı peyğəmbərlərlə birləşib dünyada monopoliya yaradıb və feminizmin əsasını qoyub "
3).    Elmi dünyagörüşü – dəqiq elmi faktlara, real təcrübələrə əsaslanır. İnsan təbitəini müvtəlif qanunlara, təlim və nəzəriyyələrə uyğun formada izah edir, varlığın dünyaya münasibətini öyrənir. Elmi dünyagörüşü daha müasir olsa da rəqabətdə digər dünyagörüşü formalarından geridə qalır. Çünki digər formalarla müqayisədə qavranılması zəhmət tələb edir. Həm mifoloji, həm də dini dünyagörüşü formalarında məzmun insanlara hazır şəkildə təqdim edilir. Elmi dünyagörüşündə isə məzmunu anlamaq üçün oxumalı, öyrənməli, axtarmalı, bir sözlə zəhmət çəkməlisən.

4).    Fəlsəfi dünyagörüşü – elmi dünyagörüşünün formalarından biri olub məzmun etibarı ilə onunla uyğunluq təşkil edir. Təbiəti duymada, varlığı dərketmədə insana yardım edir.
Dünyagörüşlərinin formaları haqqında qısa da olsa danışdım. İzah etmək istədiyim başqa məsələ var. İstər pantesit, istərsə də monoteist dinlərdə ateizm kafirlik əlaməti sayılır.
Azərbaycan müsəlmanları Kəbəyə ziyarətə gedib ərəb şeyxlərinin ciblərini doldururlar, onlar da həmin pula silah - sursat alıb Yəmən müsəlmanlarını bombalayırlar. Dərd bilirsiz nədədir?
Yəməndəki müsəlmanlar da övladlarının, özlərinin ölümünü Allahın məsləhəti hesab edirlər.

Mən bu mənada Kant dualizminin tərəfdarıyam. Dünyanın sülhə ehtiyacı olduğu kimi idealistlərlə materialistlərin də barışığa ehtiyacı var.

Mənim üçün dindar ya dinsiz insan yoxdur. Mənim üçün insanlar 2 qrupa bölünür. Vicdanlı və vicdansız. Mənim bildiyim vicdanlı insan həm də savadlı olmalıdır.

Avanqard.net

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.