Qəşəm Nəcəfzadə - Sənin üçün mötərizə açanda ağladım
18.09.15

Sərdar Aminin şeirləri haqqında

Uşaqlıq illərində mənim üçün ən uzaq və ən soyuq rayon Qusar idi. Elə bilirdim ora gedib çıxmaq üçün neçə illər lazımdlr mənə. Borçalı da belə idi, Gəncə də, Dəvəçid də, Quba da...
Sonra Gəncəni mənə görkəmli yazıçı Qərib Mehdi, Borçalını İbrahimxəlil, Qubanı Ramiz Qusarçaylı, Dəvəçini Aydın Tağıyev, Qusarı da son vaxtlar Sərdar Amın yaxınlaşdırdı. Azərbaycanın ədəbi xəritəsi qədər onun fiziki coğrafiyasını bir-birinə bağlayan, doğmalaşdıran az şey var, bəlkə də heç yoxdur. Uzaq rayonları və bölgələrı yaradıcı insanlar daha sıx birləşdirirlər.
Bu anlayış sonralar məni daha böyük çoğrafi əraziyə gətirib çıxardı. Tiflis Sota İataşvili ilə, Tayvan Ye Mimi, Misir Fatma Noota ilə bir az Bakıya-mənə yaxın, doğma oldu. Albanıya Rozi Thoori il bir az mənə yaxın gəldi. Naşir, şair dostum Səid Muğanlı Təbrizi bir daha bizlə qaynayıb qarışdırdı. Demək, şəhərin doğmalığı ən çox insanlarla bağlıdır.
2010-cu ildə Kolumbiyanın Medellin şəhərinə məni Beynəlxalq Poeziya Festivalına dəvət etmişdilər. O zaman orda, hətta heç Türkiyənin səfirliyi açılmamışdı. Amma məni ürəkləndirən o idi ki, orda əsrimizin böyük yazıçısı Markes yaşayırdı. Demək, ədəbi doğmalıq bütün dillərdən, dinlərdən daha çox önə çıxır.
Gələk Qusara. Sərdar Aminlə internet səhifələrində tanış olmuşam. Şeirlərini dönə-dönə oxumaşam. Sonra Sərdar məni Kəramət Böyükçöllə RTV (Xaçmaz) kanalına dəvət etdi. Sərdar həmin televiziyada “Yeni səhifə” layihəsinin yaradıcı və aparıcısı idi.
Sərdar o vaxt böyca hündür, saqqallı cavan bir oğlan idi. Mənə elə gəldi ki, oğlum yaşda olan Sərdar dənizdən qopub gəlimişdi yanımıza. Və alnı, gözləri, saqqalı, bir sözlə, əyni-başı hələ yosunlu idi. o adamla danışanda sanki gözləri uzağa baxır. Əlləri titrək və həyacanlıdır. Nitqində həmişə həyacan təbili hiss olunur. Onun sinəsində meşə, təbiət, dəniz ürəyi döyünür.
Sərdar Aminin RTV-də açdığı “Yeni səhifə” Azərbaycan teleməkanında ədəbiyyat üçün çox mühüm işlər gördü və ədəbiyyat adamlarının həmin verilişdə iştirakı müasir ədəbi prosesə böyük töhfələr verdi. Bu, öz yerində.
Mənim üçün əsas meyar Sərdar Aminin ədəbi yaradıcılığı idi. Şeirlərini cəmi bir dəfə “Azərbaycan “ jurnalında dərc etmişdik. Sərdarın şeirlərində kənd həyatının hal-hazırda yaddan çıxan motivləri, təndir çörəyinin ətri, meşə çəngəllikləri, qaratoyuq nəğməsi, dəniz uğultusu ilk andaca adamın üzünə əsir. Onun şeirlərinin qəhrəmanı sanki çəngəlliklər kralıdır.
Bu şeirlərin baş mövzusu təbiət və insan həyatıdır. Altında bir imza var: Sərdar Amin. Sərdar qoşun başçısı deməkdir. O, azadlıq axtarır, ideyaları uğrunda vuruşur. Bu mübarizənin arxasına şair bir “Amin” sözünü də yazır, özünə uğurlu yol arzulayır.
Sərdarın yaradıcılığında təbiətin yadda qalan dərin obrazı var. Təbiətdə baş verən hadisələrə doğmalq hissi, hətta onunla çulğalaşmaq, bir olmaq düyğusu onun şeirlərinin səsidir. Aşağıdakı şeirə baxaq.

Ağ göyərçinim idin
Həmişə mənim idin.
Uçmazdın, qanadlanmazdın
Qollarımda böyüyərdin.
Sonra qanadlarına heyifımiz gəldi.
Gün gəldi
gözlərini tez-tez qırpıb dedin:
"-Bircə dəfə uçum da!
Başına dolanmaq istəyirəm!"
Qanadlandırdım səni...
Əlim gözümün üstündə
seyr elədim pərvazını,
pişvazını...
Sonra qara qırğı gəldi, səni apardı...
Üstümə töküldü lələklərin acı xatirələr kimi.

(Ağ göyərçinim)

Sərdarda elə şeirlər var ki, onun ayrı-ayrı misralarından misal çəkmək olmur, gərək həmin şeirin özünü bötöv göstərəsən. Bu da onun xarekter və təfəkkrünün bütövlüyündən irəli gəlir.

Və yaxud
Bu gün bir gözəl qız şəkil çəkdirsə,
Nə zamansa bir cüt göz ağlayacaq.
Arvaddan, uşaqdan, başqalarından
Gizləyəcək, amma söz ağlayacaq.
(Bu gün bir gözəl qız şəkil çəkdirsə...)

Bu şeir heca vəznindədir. amma səslənişi ənənəvi heca deyil, oxucu qafiyələrin sərtliyini hiss eləmir. Insan ömrünün gizli, sirli bir anı donub bu şeirdə. Dəfələrlə belə diri anların yanından ötüb keçmişik, amma heç vaxt qışqırtısına ayaq saxlamamışıq. Dönüb o anın səsinə qulaq asmaq heç vaxt ağlımıza gəlməyib. həmişə şəkil çəkdirəndə onun arxasında nə dayandığından əsla xəbərimiz olmayıb.
Sərdar Amin qəribə şairdir. Görmək istədiyim şairdir. Görün Sərdar nə deyir:
Ciynində çoban yastığı bitsin
Nə maraqlı arzudur! Insan belə şey arzulaya bilərmi? Bu qarğışdır, yoxsa alğış? Çobanyastığının çiyində bitdiyi an, vəziyyət muasir şeirimizin inkişaf mərhələsidir. Çobanyastığı əvvəl çöldə idi, sonra ələ çıxdı, indisə çiyinə. Gör insan təbiətlə necə qaynayıb qarışır.
Sərdarın şeirlərində xatirələr var. Bu, təkçə onun öz xatirəsi deyil. Insanlığın xatirəsidir, təbiəti anlamaq, təbiətdə özünü axtarmaq xatirəsidir. Meşə yoludur, dağ yoludur, yaşıl meşədə ağaclardan daxma tikmək yoludur Sərdarın şeirləri. Sevgilinlə qurumuş bir ağac budağnda orturub ayaqlarını yelləy-yelləyə təbəti ağlamaqdı Sərdarın misraları.
Aşağıdakı iki misraya baxaq:

Deyirəm ki, mənimlə futbola baxarsanmı -
qarğıdalı yeyə - yeyə?

Kim belə arzulayar futbola baxmağı? Bu qədər şirin təklif ancaq xatirədə gizlənib qala bilər. Özü də niyə məhz qarğıdalı yeyə-yeyə? Yeməyi başa düşürük. Məhz niyə qarğıdalı? Şairin şeirlərində qarğıdalı obrazı çoxdur. Uşaqlıq illərində qarğıdalı yeyə-yeyə uzaq yollara baxmağım yadıma düşür. Qarğıdalı yeyəndə nəyəsə baxmaq, diqqət kəsilmək meyli var. Qarğıdalı, qarğıdalı sarısı, saçağı, batan günəşin şüası kimi uzaqda qalıb, bəlkə. Qarğıdalı ancaq uşaqların dostu ola bilər. O da artıq lap uzaqdadır.

Bir fermamız olacaq,
yanı yarpız olacaq,
mal – qaramız olacaq,
ağ atımız olacaq.
Uşaqlarımız olacaq
biri oglan biri qız olacaq.
Onlara Latın dilini öyrədərik.
Fermamızın dalında qarğıdalı əkərik.

Yenə qarğıdalı. Yenə ferma, yenə kənd, yenə təbiət... yarpız... ağ at, iki uşaq:-biri oğlan, biri qız, latın dili...Sərdar Amin qarğıdalı ilə bütün insanları öz uşaqlığına çağırır. Çağrır ki, mehriban olsunlar...
Sərdar Amin səsində həmişə heca bölgüləri var. Onun səsi öz şeirinin vəznidir. Səsinin üstə yaşayır Sərdar. “Qaratoyuq nəğməsi” romanın da belədir, bütün şeirlərində, publisitik yazılarında da...
Onun şeirlərinin vəziyyətini belə də düşünmək olar: Günlərin bir günü qapını kimsə düyür. Durub qapını açırsan, görürsən ki, Sərdar gəlib, özü də şimaldan gəlib, üst-başı yosun, çiynində çobanyastığı, qucağında bir kisə qarğıdalı, saqqalı şaxtadan qırov bağlayıb. Durub şair dostunu bağrına basırsan...
Mən xeyli vaxtdır Sərdarın şeirindəki qarğıdalı, çobanyastığı, ferma haqqında düşünürəm.
Gündəlik yazılarımda nə qədər mötərizələr işlədirəm. Amma mötərizənin bu qədər ağrılı olduğunu görməmişəm. Sərdar Amin yazır:

Sənin üçün mötərizə açanda ağladım,
( Adını yazıb, gülə-gülə bağladım )

Arzu edirəm ki, şeirlərində mötərizəyə aldığı nə varsa, hamsını acıb azadlığa buraxsın Sərdar. Amin!

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.