Şahbaz Xuduoğlu prezident İlham Əliyevə müraciət etdi

28.07.15

“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Müraciətin mətnini olduğu kimi təqdim edirik:


“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
Hörmətli cənab Prezident,
Son müşavirədə Vergilər Nazirliyinin fəaliyyətini tənqid edən çıxışınızdan ruhlanaraq Sizə müraciət edirəm.
1 noyabr 2013-cü ildə 20 nəfərdən ibarət vergi əməkdaşı icazəsiz nəşriyyata daxil olub müəssisəmizin bütün sənədlərini özləri ilə aparıblar. Bir müddət sonra yoxlama aktı tərtib olundu və “Qanun” nəşriyyatı 150 min cərimələndi.
Nazirliyin Vergi cinayətlərinin istintaqı Baş İdarəsində cinayət işi başlandı, nəşriyyatımızın bütün işçiləri dindirilməyə çağırıldı, saatlarca istintaq edildi. Ürəyi nasaz bir yaşlı çapçımız dindirilmədən bir müddət sonra öldü. Tərcüməçilərimiz, kitabları nəşr olunan əksər yazarlar istintaqa cəlb olundu, istintaqın əsas sorğusu bu idi: siz niyə bu kitabı tərcümə etdiniz?
Həmin vaxtdan hesablarımız bağlıdır. Çoxlu sayda şikayətlərimiz olub, məhkəmələrə müraciətlər etmişik, amma heç bir instansiyada müsbət cavab almamışıq, aldığımız şifahi cavab da belə olub: “bizlik deyil!”
Cənab Prezident,
Vergi cəriməsinə qədər biz hər gün iki adda kitab nəşr edirdik. 70 tərcüməçi və redaktor ilə əməkdaşlıq edirdik. 50-dən çox işçimiz var idi. İndi isə həftəyə 1 kitab nəşr edə bilmirik. Tərcüməçilərin bir hissəsi – qorxudan, digər hissəsi isə maliyyə probleminə görə bizimlə əməkdaşlığı dayandırdı; işçilərimizin yarıdan çoxu işdən çıxdı; əməkhaqlarını verə bilmirik...
Əməkdaşlıq etdiyimiz 150 xarici yazarın qonorarını ödəyə bilmirik. Onların arasında Nobel mükafatçıları da var. Patrik Modiano, Le Klezio, Orhan Pamuk, Herta Miller, Nəcib Mahfuz, Jon Maksvel Kutze, Haruki Murakami, Den Braun, Paulo Koelyo, Aqata Kristi, Stiven Kinq, C.K.Rolinq və s. Hər 3 aydan bir adların çəkdiyim yazarların agentlərindən ödəmə kağızı alıram, qonorar ödəməyimi tələb edirlər, hesablarım bağlı olduğundan bunu edə bilmirəm, eyni zamanda düşdüyüm vəziyyəti onlara da izah edə bilmirəm.
Cənab Prezident!
Azərbaycan cəmiyyətində kitaba münasibəti Siz hər kəsdən yaxşı bilirsiniz. Bakının özündə bir vaxtlar 200 kitab dükanı var idi, AZƏRKİTAB, KƏNDKİTAB kimi Azərbaycanın hər yerinə kitab yayan böyük qurumlar fəaliyyət göstərirdi. Onlar məhv oldu, kitab dükanlarının yerini gündəlik tələbat malları tutdu. Ölkəmizdə 500 min nəfərə bir kitab dükanı düşür, Fransada isə hər 2 min nəfərə, – bunu müqayisə üçün deyirəm. Oxu səviyyəsinə görə isə, İngiltərədə ildə hər adam 4 kitab oxuyur, bizdə isə 3000 nəfər bir kitab. Əksər ölkələrdə kitaba qoyulan vergi 7%, bizdə isə 18% təşkil edir. Regionlarımızda isə ümumiyyətlə, kitab dükanı yoxdur. Kitab olmayan yerdə isə tərəqqi və inkişaf olmaz. Kitabın cəmiyyətimizdə olan böhranlı durumunda Vergilər Nazirliyinin bir nəşriyyatı məhv etməsi ümid işığını tam söndürmək deməkdir, Azərbaycan mədəniyyətinə sağalmaz zərbədir.
Biz 1992-ci ildən nəşriyyat kimi fəaliyyət göstəririk. Bütün beynəlxalq kitab yarmarkalarında nəşriyyat kimi iştirak edir, Azərbaycanı təmsil edirik. Bakıda, parklarda endirimli yarmarkalar təşkil edirik ki, insanlar kitabı unutmasınlar.
Başqa ölkələrdə bu işləri görən nəşriyyatlara dövlət yardım edir, güzəştli kreditlər verir, subsidiyalar ayırır. Bizdə isə 23 il tarixi olan, 7000- dən çox adda kitab nəşr edən bir nəşriyyatı Vergilər Nazirliyi ölüm həddinə gətirib.
Cənab Prezident, son müşavirədəki çıxışınızda dediniz ki, sizə gələn məktubları şəxsən oxuyursunuz. Çox böyük ümid edirəm, bu məktubu oxuyacaq, verginin ölümə məhkum etdiyi bir nəşriyyatı xilas edəcəksiniz”.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.