Nobel mükafatından imtina edən məşhur yazıçılar
27.07.15

İsveç milyonçusu, barıtı kəşf etməklə əslində qara eranın əsasını qoyan Alfred Nobelin vəsiyyəti ilə təsis edilən “Nobel mükafatı” bu gün dünyanın ən nüfuzlu ödülü kimi qəbul edilir. 6 istiqamətdə təqdim edilən bu mükafatın kimya, fizika, tibb-fiziologiya nominasiyalarında indiyədək ciddi qalmaqal yaşanmasa da, iqtisadiyyat, sülh və ədəbiyyat üzrə qaliblərlə bağlı dünya ictimaiyyətinin narazılığına səbəb olan anlar yaşanıb.

Xüsusilə sülh və ədəbiyyat üzrə verilən Nobel mükafatları  bəzən birmənalı qarşılanmayıb. Bu səbəbdən də ədəbiyyat sahəsində “Nobel”dən imtina edən yazarlar da olub ki, onlar belə hərəkətilə bütün dünyanı təəccübləndiriblər:

Nobel mükafatından imtina etməklə tarixə düşən yazıçıların kimliyini təqdim edirik:

Lev Tolstoy - Dünya ədəbiyyatının ən şedevr nümunələrindən bir neçəsini yaratmış Lev Tolstoy XX əsrin əvvəllərində Nobel mükafatının bugünkü qədər populyar olmadığı bir zamanda ondan imtina edib. O zaman da bu mükafatı qazanan şəxsə XX əsrin əvvəlləri üçün çox yaxşı pul mükafatı verilirdi. Amma Tolstoy onda özünün “Sergi ata” dövrünü yaşayırdı. Çox şeydən imtina edir, jurnalistləri və dostları, xüsusən də varlı zümrənin insanlarını evə buraxmırdı.
“Pul şər mənbəyidir, mən əsərlərimi bəşəriyyətin xilası naminə yazmışam” deyən Tolstoy İsveç Akademiyasına etirazını bildirmişdi.
Elə nüfuzlu akademiya da ona borclu qalmır.
İsveç Akademiyasının katibi Karl Virsen “bu yazıçı sivilizasiyanın bütün formalarına qarşı çıxıb və əvəzində ibtidai həyat tərzinə keçməyi təklif edib” deyərək onun mükafat almasına əks reaksiya göstərib. Amma o, əslində bilmirdi ki, bu sözləri deməklə Tolstoya nə qədər mənəvi rahatlıq verir. Həmin il mükafat bu gün kimsənin tanımadığı italiyalı yazıçıya verilir. Amma bir neçə il sonra səfil vəziyyətdə ölən Tolstoyu bu gün hamı sevə-sevə oxuyur.

Jan-Pol Sartr - Bu mükafatdan ən səmimi şəkildə imtina edənlərdən bəlkə də birincisi fransız yazıçısı Jan-Pol Sartrdır. Məhz onun imtinası bir ədəbiyyat adamının, yazıçının tam başqa bir dünyanın sakini olmasını bir daha sübut etdi. Bu haqda çox danışmağa o qədər də gərək yoxdur. Çünki yazıçının özü bu barədə yazdığı “Nobel mükafatından niyə itina etdim” məqaləsində ətraflı danışıb. Həmin məqalə Azərbaycan dili ilə yanaşı, dünyanın bir çox dillərinə tərcümə olunub və milyonlar tərəfindən sevilərək oxunur. Sartr əsas səbəb kimi bu mükafatı alacağı təqdirdə bütün yaradıcılığının ona təhkim olunacağını, insanların yalnız “Nobel”ə görə ona dəyər verəcəyini qeyd edirdi. Onun fikrincə, bir yazıçının yaradıcı azadlığı bütün mükafatlardan üstündür.

Bernard Şou – Amerika yazıçısı Bernard Şou isə yumşaq desək, “Nobel”ə nifrət edib. Hətta onun fikrincə, Nobel mükafatı bəşəriyyət üçün elə həmin Nobelin kəşf etdiyi barıtdan da pisdir. Çünki o, insanların beynini, zehnini əsir alıb.
1925-ci ildə  Nobel komitəsi Bernard Şounu “yaradıcılığında yer alan idealizm və humanizmə, poetik gözəlliklə çulğanmış parlaq satiraya görə” Nobel  mükafatına layiq görsə də, o, mükafatdan birmənalı şəkildə imtina edib.

Aleksandr Soljenitsın - Bu yazıçı yuxarıdakı həmkarlarından fərqli olaraq, mükafatdan sırf siyasi zəmində, məcburi şəkildə imtina edib. Ona 1970-ci ildə bu mükafat verilən zaman SSRİ az qala üsyan qaldırdı. Mükafatı siyasi zəmində dissident yazıçıya verildiyini bəyan etdi. Əslində sovetlər həqiqəti söyləmişdilər. Çünki sonradan SSRİ-dən sürgün edilərək bu mükafata qovuşan yazıçının özü də ona “Nobel”in verilməsində siyasi təsirlərin olduğunu etiraf etdi.

Boris Pasternak – Rusiyalı yazıçı isə bir əsərə görə “Nobel”dən məcburi şəkildə imtina edib. Bu, dünyaca məşhur “Dokto Jivoqo” əsəridir. Pasternak əvvəlcə mükafatı götürsə də, sonradan az qala bütün SSRİ-də ona qarşı yazılan hədyanlar nəticəsində “Nobel”i geri qaytardı. Çox sonradan Nobel komitəsi həmin mükafatı onun oğluna təqdim etdi.

/Elmin Nuri, modern.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.