Əlirza Bəxşi - Çayda üzən ay
21.07.15
Əlirza Bəxşi 21 Sentyabr 1975-ci ildə, Güney Azərbaycanın Ərdəbil şəhərində anadan olub. 2015-ci ilin iyununda Ərdəbilin xəstəxanasında ağciyarının damar tutulması və ürək çatışmazlıəndan vəfat edib. Avanqard.net mərhum şair Əlirza Bəxşin şeirlərini təqdim dir.
Tək ağac
Silkələmə ağacı nə olar Qızıl almaların səndən qabaq çırpışdırıblar Nə veribsən ala bilməyirsən ondan? Ya ona nə olub Ondan savay ki adı ağacdır? Hələ də Başına gəldiyi Düşündüyünə güləcək Və Titrədiblər onu Ondan alçaq dostluqlar
Məndən yaxşı olmaq
Məndən yaxşı olmaq Elə də çətin deyil dostum Əl-qolum kölələnəndən Özümü ötüb keçmişəm Sənə daha İrciş şəkillərdən deməyəcəyəm Onlar çəkiliblər Cavan qalmaq ücün Mən Çirkab anlardan deyirəm Orada Yenə pişiklər Əl-üzlərini yuvacaqlar Tüpürcəklərlən Quduz itlər də Sülənirlər Lüt həvəslər kürsəyində Və almalar Almalar Bölünməmiş İnanmazlar Çürüyüblər içəridən
Çayda üzən ay
Kürəyim çapıq-çapıq olsa da Ayaqqabılarımı tay-dəyişik geyib yollanıram Ki aldanmayam Yalançı yelqovanlara
Balıq, qaşiq, narkaman
Maraqlıdır “görəsən balıqlar yuxu görürlər”? Gök damarlardan Küskün əlimdə təkcə bir qaşıq qalıb Heç inanmazdım o yalnız sonuncu dilənci olacaq O zəngin yuxuya Onlan doyuzdurmuşam aclığımı Qaynatmışam qanımda üzən əfunu
Gecə çapağanları
Sigaretlərim Köz öpüşündən doymayırlar Xoruz banından köpək hürüşünə qədər Porsuqlar Ölülərin nişan barmaqlarından Başlayırlar yeməyə Niyə ki Göstərməyələr Çürümüş rəfidən asılan Çəlimsiz ıldırım şəkilin
|