“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti sayı tezliklə satışda
14.07.15
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olan "Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti (2/2015) sayı tezliklə oxucuların görüşünə gələcək.
Jurnalın bu sayında oxuya bilərsiniz: * Nobel mükafatı laureatı Kamilo Xose Selanın nobel nitqi və “Paskual Duartenin ailəsi” romanı; * Amerika şairi Enn Sekstonun şeirləri; * Məşhur ingilis yazıçısı İen Makyuenin “Boltype” jurnalına verdiyi müsahibə və “Şkaf-adamla söhbət” hekayəsi; * “Tarixin axarını dəyişən məktublar” başlığı altında Türk xaqanlarının yazışmaları, * Con Perkinsin “Killerin etirafları” kitabından parçalar; * Yuri Kuznetsovun şeirləri; * Çağdaş Misir ədəbiyyatından İhsan Abdul-Qaddusun “Avtobus oğrusu” novellası; * Rusiyanın bir çox qəzet və jurnallarında tarixi rubrikaların aparıcısı olan Yuri Bezelyanskinin görkəmli fransız dramaturqu, absurd teatrın klassiki Ejen İonesko haqqında yazısı; * Ejen İoneskonun “Dörd nəfərlik səhnə” pyesi; * Müasir İsveç ədəbiyyatı və teatrının banisi Avqust Strindberqin “Vicdan əzabı” hekayəsi; * İvan Zaxaryinin (Yakunin) “Şeyx Şamil” adlı memuarı; * Uruqvay yazıçısı Mario Benedettinin “Yaxın sahil” romanı yer alır.
|